Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinə 10 il həbs cəzası verilib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinə 10 il həbs cəzası verilib

REDAKTORUN SEÇİMİ

269

03.04.2024, 18:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və hökm oxunub.

 

Oxu24.com   xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmə əsasən, T.Həsənovun ədliyyə general-mayoru rütbəsindən və "Vətən uğrunda medalı"ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqanlara təqdimat göndəriləcək.

 

Qeyd edək ki, prokuror sabiq rəisə 11 il həbs cəzası istəmişdi.