Sumqayıtda ağır qəza olub
18 Sentyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
344
29.03.2024, 17:05
Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil.
OXU24.COM xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər.
Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətinin pandemiya dövrünün bitdiyini elan etməsindən sonra verilib. Bu məlumatı Dövlət Sərhəd Xidmətindəki mənbə də təsdiq edib.
Bildirilir ki, bu, dövlətlərin müvafiq qurumları ilə əldə olunan razılaşma ilə bağlıdır.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə koronavirus infeksiyası təhlükəsinə görə Azərbaycanın quru sərhədlərinin bağlanması qərarının müddəti növbəti dəfə iyul ayına qədər uzadılıb.
Baş nazir parlamentdə deputatların suallarına cavab verərəkən “qərar mənim tərəfimdən verilib” desə də onun gerçək səbəblərini açıqlamaqdan imtina edib.
Onu da xatırladaq ki, qüvvədə olan qadağaya görə Azərbaycan vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar ölkə ərazisinə yalnız təyyarə vasitəsi ilə gələ və ya gedə bilərlər.
Ölkədə təyyarə biletlərinin əlçatmaz olması isə vətəndaşları çıxılmaz duruma salıb.
00:55 / 19 Sentyabr 2026
36
23:59 / 18 Sentyabr 2026
73
23:49 / 18 Sentyabr 2026
58
23:37 / 18 Sentyabr 2026
57
23:19 / 18 Sentyabr 2026
197
23:02 / 18 Sentyabr 2026
85
22:45 / 18 Sentyabr 2026
93
22:29 / 18 Sentyabr 2026
185
22:17 / 18 Sentyabr 2026
65
22:05 / 18 Sentyabr 2026
99
21:56 / 18 Sentyabr 2026
91
21:52 / 18 Sentyabr 2026
80
21:31 / 18 Sentyabr 2026
95
21:20 / 18 Sentyabr 2026
85
21:19 / 18 Sentyabr 2026
83
21:08 / 18 Sentyabr 2026
102
20:58 / 18 Sentyabr 2026
173
20:49 / 18 Sentyabr 2026
371
20:47 / 18 Sentyabr 2026
87
20:44 / 18 Sentyabr 2026
70
20:29 / 18 Sentyabr 2026
72
20:27 / 18 Sentyabr 2026
1804
20:24 / 18 Sentyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.