Qaynar xətt:

(+99450) 247 90 86

İnəklərdə quş qripi aşkarlanıb

İnəklərdə quş qripi aşkarlanıb

REDAKTORUN SEÇİMİ

370

27.03.2024, 20:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ rəsmiləri dünən Texas və Kanzas ştatlarında inəklərdən alınan süd üzərində aparılan testlərin quş qripi üçün müsbət çıxdığını açıqlayıb.

 

Oxu24.com  xarici  mediaya  istinadən  xəbər  verir  ki, səlahiyyətlilər, quş qripi üçün müsbət nəticə verən inəklərin karantinə alındığını və iki-üç həftə ərzində sağaldığını bildiriblər.



Texas Heyvan Sağlamlığı Komissiyası Texas və Kanzas ştatlarında inəklərdə yorğunluq, iştahsızlıq və laktasiya problemlərinin müşahidə edildiyini, südlərinə tətbiq edilən testlərin quş qripi üçün müsbət çıxdığını bildirib.

 

Heyvan Sağlamlığı Komissiyası da yaxınlarda süd müəssisələrinin yaxınlığında tapılan ölü çöl quşlarından sınaq nümunələri götürdüklərini və vəhşi quşların quş qripi gətirmiş ola biləcəyini açıqlayıb.

 

“İnsanlar üçün risk azdır”

 

Heyvan Sağlamlığı Komissiyası quş qripinə yoluxmuş inəklərdən alınan südün məhv edildiyini və inəklərin karantində saxlanıldığını və iki-üç həftə ərzində sağaldığını bildirib.

 

Nigar