Qaynar xətt:

(+99450) 247 90 86

Terrorçunun anasından şok ifadə: "Oğlum orada olmayıb" +VİDEO

Terrorçunun anasından şok ifadə: \\\"Oğlum orada olmayıb\\\" +VİDEO

REDAKTORUN SEÇİMİ

1043

26.03.2024, 15:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Krokus” teraktı işi üzrə səkkizinci müttəhimin Əlişir  Kasımovun anası  jurnalistlərə bildirib ki, oğlu terrorçu deyil.

 

Oxu24.com  xəbər  verir  ki, Onun sözlərini RİA Novosti yayıb.

 

“Oğlum yaxşı insandır. Bu onun günahı deyil. Heç kimi tanımır. O, təkbaşına işləyir”, deyən qadın terror aktını törədənlərin oğlunu onlayn mənzil reklamı platformasında tapdıqlarını bildirib.

 

59 yaşlı qadın  oğlunun son illər Moskvada yükləyici, fəhlə, aşpaz işlədiyini, sonra otaq kirayələyib, çayxana açdığını deyib.Qadının  sözlərinə  görə,oğlu  terrorda iştirak  etməyib.

 

Rano deyib ki, oğlu Tacikistandan olan iki kişiyə mənzil kirayə verib və onlar onu Moskvaya pul qazanmaq üçün gəliblər və tikintidə işləyəcəklərini bildiriblər.

 

Kasımov martın 26-da həbs edilib. Bir gün əvvəl Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə beşinci, altıncı və yeddinci müttəhimlər – İsrail İslamov, onun oğulları Aminçon və Dilovarı həbs edib.

Daha əvvəl Patruşev “Krokus”da baş verən terror aktının arxasında Ukraynanın dayandığını bildirib.

 

 

 

Miri