Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103487
az

Yeni ədliyyə naziri kimdir? – DOSYE

12:1627 Fevral, 2024
6418
REDAKTORUN SEÇİMİ
  • A
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib.
 
Oxu24.com xəbər verir ki, Fərid Əhmədov 1979-cu il təvəllüdlüdür. Onun sonuncu iş yeri Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olub. Azərbaycan Universitetinin rektoru kimi fəaliyyət göstərən nazir 2021-2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri vəzifəsini də daşıyıb. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
 
.
Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.
 
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb.
 
2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.
 
2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
 
2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.
 
Azərbaycan, rus və ingilis dillərini bilir.
 
Ailəlidir, üç övladı var.
 
2004–2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009–2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011–2014-cü illərdə isə baş müəllim kimi “ADA” Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Əmək fəaliyyətinə 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlayıb və 2004-cü ilə kimi burada fəaliyyət göstərib.
 
2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
 
2007–2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb. 2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
 
12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub.(Konkret.az)
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti küləklə bağlı xəbərdarlıq etdi
Zəhra Qasımova vəfat edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...