Sensasion xəbər var, ABŞ prezidenti o olacaq - Tramp
21 Noyabr 2026, 11:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
389
20.09.2026, 23:22
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb.
Oxu24.com xəbər verir ki, Meloni bunu Romada rəhbərlik etdiyi “İtaliya Qardaşları” (FdI) partiyasının gənclər qanadı tərəfindən təşkil olunan “Fenix” tədbirində çıxış edərkən deyib.
Baş nazir bildirib ki, italyan uşaqlarının sinifdə azlıq təşkil etdikləri üçün özlərini kənarda qalmış hiss etmələri qəbuledilməzdir. Onun sözlərinə görə, hazırlanmaqda olan qaydada siniflərdə xarici şagirdlərin sayına qanuni yuxarı həddin müəyyənləşdirilməsi və məktəbə uyğunlaşmaqda ciddi çətinlik çəkən xarici şagirdlərin valideynləri üçün italyan dilinin öyrənilməsinin məcburi olması nəzərdə tutulur.
Meloni həmçinin məktəblərdə çadra və çarşafların qadağan ediləcəyini bildirib.
“İnsan məktəbə üzü açıq gedir və İtaliyada heç kim əsl və ya sözdə ənənəyə istinad edərək gənc qadının üzünü gizlətməsinə qərar verə bilməz. Kişi və qadınlar arasında bərabərlik danışıqlar yolu ilə həll olunmur. Bu, küçələrimizə və məktəblərimizə aiddir”, - deyə Meloni bildirib.Qafqazinfo
14:55 / 21 Noyabr 2026
23
14:50 / 21 Noyabr 2026
31
14:35 / 21 Noyabr 2026
156
14:28 / 21 Noyabr 2026
48
14:20 / 21 Noyabr 2026
70
14:19 / 21 Noyabr 2026
55
14:05 / 21 Noyabr 2026
76
14:00 / 21 Noyabr 2026
96
13:34 / 21 Noyabr 2026
130
12:58 / 21 Noyabr 2026
568
12:46 / 21 Noyabr 2026
1695
12:08 / 21 Noyabr 2026
214
11:54 / 21 Noyabr 2026
114
11:50 / 21 Noyabr 2026
143
11:41 / 21 Noyabr 2026
123
11:28 / 21 Noyabr 2026
1686
11:27 / 21 Noyabr 2026
169
11:24 / 21 Noyabr 2026
124
11:16 / 21 Noyabr 2026
121
11:07 / 21 Noyabr 2026
156
11:00 / 21 Noyabr 2026
1543
10:58 / 21 Noyabr 2026
145
10:33 / 21 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.