Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib
20 Noyabr 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
699
21.09.2026, 03:01
Sentyabrın 21-dən 27-dək olan həftə bəzi bürclər üçün yeni imkanlar, münasibətlərdə dəyişikliklər və gözlənilməz xəbərlərlə yadda qala bilər.
Astroloji proqnozlara əsasən, qarşıdakı günlərdə xüsusilə Dolça, Şir və Oxatan bürclərinin həyatında müsbət istiqamətdə dəyişikliklərin baş verməsi ehtimal olunur.
Dolça bürcünü yeni tanışlıqlar və münasibətlərdə canlanma gözləyə bilər. Astroloji şərhlərə görə, bu həftə sosial çevrədə daha aktiv olmaq Dolçalar üçün yeni imkanların yaranmasına şərait yarada bilər.
Şir bürcünün nümayəndələri üçün isə həftə yeni mərhələnin başlanğıcı ilə əlaqələndirilir. Sentyabrın 26-da Qoç bürcündə baş verəcək tam Ayın bəzi yarımçıq məsələlərin tamamlanmasına və yeni qərarların qəbuluna təkan verə biləcəyi bildirilir. Şirlər üçün şəxsi həyatda yeniliklər də gündəmə gələ bilər.
Oxatan bürcünü daha hərəkətli günlər gözləyir. Sentyabrın 27-də Marsın Şir bürcünə keçməsi ilə bu bürcün nümayəndələrinin yeni imkanlara daha açıq olacağı qeyd edilir. Uzun müddətdir arzulanan bəzi fürsətlərin qarşıya çıxması mümkündür.
Astroloji proqnozlarda digər bürclər üçün də həftə ərzində müxtəlif dəyişikliklərin baş verə biləcəyi qeyd olunur. Sentyabrın 22-də Günəşin Tərəzi bürcünə keçməsi münasibətlər və tərəfdaşlıq mövzularını ön plana çıxaracaq.
Qeyd edək ki, astrologiyada verilən həftəlik proqnozlar ümumi xarakter daşıyır və elmi proqnoz hesab edilmir. Fərdi nəticələrin doğum tarixi, saatı və yerindən asılı olaraq dəyişə biləcəyi bildirilir./BAKU.WS
18:06 / 20 Noyabr 2026
9
17:54 / 20 Noyabr 2026
48
17:48 / 20 Noyabr 2026
53
17:34 / 20 Noyabr 2026
64
17:26 / 20 Noyabr 2026
75
17:14 / 20 Noyabr 2026
134
17:12 / 20 Noyabr 2026
93
17:09 / 20 Noyabr 2026
84
17:05 / 20 Noyabr 2026
91
16:58 / 20 Noyabr 2026
114
16:54 / 20 Noyabr 2026
90
16:43 / 20 Noyabr 2026
354
16:21 / 20 Noyabr 2026
118
16:20 / 20 Noyabr 2026
117
16:05 / 20 Noyabr 2026
102
15:58 / 20 Noyabr 2026
101
15:55 / 20 Noyabr 2026
105
15:48 / 20 Noyabr 2026
108
15:35 / 20 Noyabr 2026
109
15:25 / 20 Noyabr 2026
121
15:23 / 20 Noyabr 2026
130
15:19 / 20 Noyabr 2026
159
15:15 / 20 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.