Bankların yeni kələyi - əhalini belə soyurlar
11 Dekabr 2025, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
254
28.06.2024, 16:53
Ötən gün Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib.
Oxu24.com “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan, Fondla sıx əməkdaşlıq edən 9 universitetin nümayəndəsi iştirak edib.
Fonddan bildirilib ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov cari ilin martında Bakıda keçirilən “Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan” tədbirində “VISA” ilə əməkdaşlıq razılaşması imzalandığını deyib.
Həmçinin oxuyun
O bu əməkdaşlığın məqsədinin ölkə üzrə ali təhsil müəssisələrinin təhsilalanlarının sosial-maddi rifahının yaxşılaşdırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi olduğunu bildirib.
“VISA”nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev şirkətin Azərbaycandakı fəaliyyətlərindən danışıb. O, mart ayında rəsmi olaraq Fondla əməkdaşlıqlarını elan etdiklərini və bundan sonra maraqlı layihələr həyata keçirəcəklərini deyib.
Daha sonra “VISA”nın Rəqəmsal təcrübə və təhsil fəaliyyətləri üzrə meneceri Anton Kuçma təqdimatla çıxış edib. O, tələbələr arasında aparılan araşdırmanın nəticələrini tədbir iştirakçıları ilə bölüşüb. Anton Kuçma yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib.
13:07 / 13 Dekabr 2025
1
12:58 / 13 Dekabr 2025
21
12:16 / 13 Dekabr 2025
423
12:08 / 13 Dekabr 2025
46
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
717
11:07 / 13 Dekabr 2025
331
10:25 / 13 Dekabr 2025
938
09:15 / 13 Dekabr 2025
824
09:06 / 13 Dekabr 2025
370
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
146
00:28 / 13 Dekabr 2025
142
00:14 / 13 Dekabr 2025
1084
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
114
22:41 / 12 Dekabr 2025
14627
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3106
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1163
19:20 / 12 Dekabr 2025
2275
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.