SON DƏQİQƏ! Dağda itkin düşdü
18 May 2026, 01:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1927
12.12.2025, 19:31
Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.
Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.
Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.
Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.
Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.
Əsas iclas dekabrın 15-də keçiriləcək.
Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.(Qafqazinfo)
11:07 / 18 May 2026
10
11:05 / 18 May 2026
13
11:02 / 18 May 2026
14
10:58 / 18 May 2026
18
10:53 / 18 May 2026
18
10:30 / 18 May 2026
107
10:27 / 18 May 2026
75
10:21 / 18 May 2026
45
10:14 / 18 May 2026
71
10:10 / 18 May 2026
46
10:10 / 18 May 2026
56
10:08 / 18 May 2026
46
09:55 / 18 May 2026
55
09:45 / 18 May 2026
49
09:31 / 18 May 2026
50
09:21 / 18 May 2026
60
09:15 / 18 May 2026
50
08:55 / 18 May 2026
69
08:44 / 18 May 2026
111
08:28 / 18 May 2026
60
07:53 / 18 May 2026
80
02:40 / 18 May 2026
99
02:18 / 18 May 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.