Cəlilabadda bir ay əvvəl alınan ev tamamilə yanıb
15 Noyabr 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
880
12.12.2025, 16:35
Əməkdar incəsənət xadimi, Heydər Əliyevin bacısının qızı Fəxriyyə Xələfova Ümummilli liderlə bağlı xatirələrini bölüşüb.
Oxu24.com xəbər verir ki, o bu barədə Globalinfo.az-a danışıb.
“Fəaliyyətimin əvvəlində, daha dəqiq desəm, 2000-ci ildə Bakıda ilk Beynəlxalq Moda Festivalını təşkil etdim. Moda anlayışını daha aydın təqdim etmək üçün tanınmış dizaynerlərin ölkəmizə dəvət olunmasını vacib saydım. Bu məqsədlə dünyaca məşhur mərhum modelyer Valentin Yudaşkini ölkəmizə çağırdım. Bu barədə mətbuatda yazılar dərc olundu. Heydər Əliyev mətbuatı daim izlədiyindən xəbəri qəzetdən oxuyub bizi Prezident Sarayına rəsmi qəbuluna dəvət etdi. Görüşdə əsasən milli dəbin inkişafı ilə bağlı söhbət etdik. Heydər Əliyev böyük siyasətçi olsa da, mədəniyyətin bütün sahələrini dərindən bilir və təhlil edirdi. Bizimlə geniş müzakirələr apardı. Valentin Yudaşkin hətta etiraf etdi ki, o, Heydər Əliyevi hələ sovet dövründən bir modelyer kimi izləyir və ona pərəstiş edir. Dedi ki, belə bir böyük siyasətçi ilə eyni məkanda olmaq onun üçün inanılmazdır. Yudaşkin Heydər Əliyevin özünəməxsus geyim üslubu ilə seçildiyini də vurğuladı. Doğrudan da, Ulu öndərin geyimləri həmişə mövsümə uyğun seçilirdi. Gənc yaşlarında da eleqant kostyum və şlyapada çəkilmiş fotoları var və orada da hər detal incəliklə düşünülüb. Bu, daxili zövqün göstəricisidir”, - o deyib.
F.Xələfova Heydər Əliyevin dayı kimi çox mehriban olduğunu da bildirib:
“Xüsusi günlərdə, xüsusilə də doğum günlərində bir araya gələrdik. Bu görüşləri əsasən Zərifə Əliyeva təşkil edirdi. Məktəbdə oxuduğumuz dərslərimiz barədə soruşar, fənlərlə bağlı suallar verər, təhsilimizə diqqətlə yanaşmağı tapşırardı. Ailə mühitində də geyimə münasibət xüsusi idi, orada da zövq özünü göstərirdi. Dayı kimi bizə çox qayğı göstərirdi. Vaxtı az olsa da, hər birimizlə maraqlanmağa çalışırdı. Evində böyük kitabxana vardı, orada nadir kitablar və gözəl atlaslar toplanmışdı. O atlaslar vasitəsilə bizə dünyanı tanıdırdı. 1970-80-ci illərdə internet olmadığı üçün onun bu yanaşması bizim üçün böyük məktəb idi”.
Fəxriyyə Xələfova incəsənətə gəlməsi üçün Heydər Əliyevin xeyir-duasını aldığını qeyd edib:
“Bir dəfə onlarda olan zaman nə ilə məşğul olmaq istədiyimi soruşanda, Bakı Dövlət Universitetinin biologiya fakültəsində oxumağıma baxmayaraq, moda ilə məşğul olmaq arzumun olduğunu dedim. Onun bu istəyimə münasibəti mənim üçün çox maraqlı idi. Mənə təbəssümlə xeyir-dua verdi. Halbuki o vaxt moda ilə peşəkar məşğul olmurdum, bu, sadəcə arzu idi. İllər sonra isə həmin arzum reallaşdı. İlk addımlarım zamanı, dediyim kimi, Heydər Əliyev məni və Yudaşkini rəsmi qəbul etdi”.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.