Yaponiya hakimiyyəti Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda Kuril adaları ilə bağlı Rusiya ilə danışıqları hələlik təxirə salmalıdır.
Oxu24.com xəbər verir ki, bu barədə Yaponiyanın “Hokkaido Shimbun” qəzeti yazır.
“Ukrayna münaqişəsi ilə bağlı Rusiya daxilində ərazi problemlərinə marağın ciddi şəkildə artdığı bir şəraitdə Tokionun Moskva ilə “şimal əraziləri” üzrə danışıqlarda irəliləməsi daha çətin olacaq”, - məqalədə qeyd edilir.
Müəllifin fikrincə, Yaponiya hökuməti ən azı müəyyən perspektivlərin olduğu sahələrdə Rusiya Federasiyası ilə əməkdaşlığa diqqət yetirməlidir.
Bunlara, məsələn, materialda göstərildiyi kimi balıqçılıq sahəsi daxildir.
Aprelin 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Rusiyanın Kuril adaları üzərində suverenliyi danılmazdır. Aprelin 16-da Yaponiya hökuməti Kuril adalarının cənub hissəsini Rusiya Federasiyası tərəfindən “qanunsuz işğal olunmuş” adlandırıb.
Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı illik hesabatında bildirilir ki, Yaponiya-Rusiya münasibətlərində ən böyük narahatlıq “şimal əraziləri məsələsidir”.
Tokio bunu Kuril adaları adlandırır. Sənəddə bildirilir ki, cənub Kuril adaları ölkənin ata-baba ərazisidir.
Bundan əvvəl Çin qəzeti Rusiyanın Kuril adalarında Yaponiyaya sərt siqnalı barədə məlumat yayıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR