Müqavilə ilə ev alanlara vəkildən vacib xəbər: ləğv edilə bilərmi?
02 Sentyabr 2026, 15:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
309
08.11.2024, 15:44
Yeni qaydalara əsasən, çiy dönərin emalı üçün istifadə olunan ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.
Bəs bu qaydalar dönərlərin qiymətinə təsir edəcəkmi?
Oxu24.com xəbər verir ki, dönərçilərin bildirdiyinə görə, indiyə qədər qiymət artımı müşahidə olunmayıb:
"Yeni qaydalarla tanış olmuşuq, əslində, yaxşı oldu. Bizim tərəfimizdən hər şey qanun çərçivəsində həyata keçirilir. Əgər başqa bölgələrdə qiymətlər artarsa, bizdə də qiymət dəyişiklikləri ola bilər," - deyə dönərçilərdən biri bildirib.
Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, çiy dönərin emalı yalnız xüsusi təchiz olunmuş bölmələrdə aparılmalıdır. Bu bölmələr, ictimai iaşə müəssisələrində çiy dönərin bütün texnoloji proseslərini həyata keçirə biləcək avadanlıq və inventarla təmin olunmalıdır. Ayrıca, çiy dönərin emalı üçün istifadə olunan ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiqlənmiş kəsim məntəqələrindən alınmalıdır və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiq edən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.
Qaydalara görə, çiy dönərin emalı başa çatdıqdan sonra və ya hazırlanmasında 3 saatdan artıq fasilə yaranarsa, ətlə təmasda olan bütün avadanlıqlar müvafiq ardıcıllıqla təmizlənməli və ikigözlü vannalarda yuyulmalıdır.
Yeni qaydaların tətbiqi ilə bağlı qiymət artımı məsələsi isə hələlik qeyri-müəyyəndir.
15:59 / 02 Sentyabr 2026
6
15:53 / 02 Sentyabr 2026
28
15:51 / 02 Sentyabr 2026
28
15:43 / 02 Sentyabr 2026
60
15:39 / 02 Sentyabr 2026
45
15:30 / 02 Sentyabr 2026
38
15:21 / 02 Sentyabr 2026
312
15:19 / 02 Sentyabr 2026
64
15:07 / 02 Sentyabr 2026
50
15:05 / 02 Sentyabr 2026
155
15:02 / 02 Sentyabr 2026
159
14:59 / 02 Sentyabr 2026
120
14:56 / 02 Sentyabr 2026
89
14:50 / 02 Sentyabr 2026
47
14:48 / 02 Sentyabr 2026
94
14:44 / 02 Sentyabr 2026
58
14:35 / 02 Sentyabr 2026
60
14:31 / 02 Sentyabr 2026
58
14:27 / 02 Sentyabr 2026
1120
14:24 / 02 Sentyabr 2026
52
14:22 / 02 Sentyabr 2026
54
14:10 / 02 Sentyabr 2026
51
14:00 / 02 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.