Limitli tariflər dövrü bitir? – Önəmli AÇIQLAMA
15 Dekabr 2025, 21:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5853
25.10.2024, 15:24
Döyüşlərdə iştirak etdiyi üçün mənzil ala bilmədi. Sədr müavini Zaur İbrahimovdan döyüşçüyə qəribə cavab.
Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov küçəsi ev 161-də yaşayan II Qarabağ döyüşlərində könüllü iştirak etmiş İsmayılzadə Kənan Bəhruz oğlu kirayədə yaşadığı üçün mərhələli şəkildə mənzil növbəsinə yazılmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən keçmiş döyüşçü Kənan İsmayılzadə məktub alıb.
Oxu24.com xəbər verir ki, Bu haqda CityPost.az-a Kənan İsmayılzadə özü məlumat verib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından sonra ərizə yazıb döyüşlərə könüllü qatıldım. Füzuli, Xocavənd,Cəbrayıl, Hadrut və Şuşanın işğaldan azad olunması uğrunda 30-dan çox uğurlu döyüş əməliyyatlarında iştirak etmişəm. Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun imzası ilə “Vətən Müharibəsi İştirakçısı” medalı və xidmət etdiyim hərbi hissəsin rəhbərliyi tərəfindən cəsur döyüşçü kimi müxtəlif növ fəxri fərmanlarla təltif edilmişəm. Günahkar deyiləm ki, döyüşlərdə şəhid,yaxud qazi olmamışam. Allah Vətənimizə bir də müharibə göstərməsin.Amma hər hansı döyüşçüyə mənə göstəriləcək münasibət bəslənəcəksə,sözsüz ki, gələcəkdə anoloji hadisə zamanı çoxları döyüşlərə getməkdən imtina edəcək. Nəzərə almalıdırlar ki, mən hər şeyə göz yumub, döyüşlərə qatılmışam. Mənə Sosial Xidmətlər Agentliyindən məktub gəlib ki, döyüş əməliyyatlarında iştirak edib,müharibə veteranı adını aldığınıza görə sizin mənzillə təmin edilməyiniz qanunvericilikdə nəzərdə tutulmayıb.
Həmçinin oxuyun


22:09 / 15 Dekabr 2025
19
21:59 / 15 Dekabr 2025
26
21:45 / 15 Dekabr 2025
32
21:10 / 15 Dekabr 2025
1117
20:54 / 15 Dekabr 2025
77
20:38 / 15 Dekabr 2025
885
20:16 / 15 Dekabr 2025
55
19:46 / 15 Dekabr 2025
141
19:15 / 15 Dekabr 2025
548
18:43 / 15 Dekabr 2025
555
18:36 / 15 Dekabr 2025
67
17:51 / 15 Dekabr 2025
91
17:37 / 15 Dekabr 2025
827
17:14 / 15 Dekabr 2025
103
17:08 / 15 Dekabr 2025
89
16:59 / 15 Dekabr 2025
215
16:49 / 15 Dekabr 2025
838
16:40 / 15 Dekabr 2025
196
16:26 / 15 Dekabr 2025
149
16:16 / 15 Dekabr 2025
162
15:55 / 15 Dekabr 2025
246
15:45 / 15 Dekabr 2025
674
15:20 / 15 Dekabr 2025
850
15:17 / 15 Dekabr 2025
149
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.