Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Trampla bu məsələləri müzakirə etmək istəyir

2024/11/08/1731060182_tramperdogan.jpg

DÜNYA

121

08.11.2024, 15:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də prezident seçkilərində qalib gələn Donald Trampla Amerika qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etmək niyyətindədir. 

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Budapeştdən geri qayıdarkən jurnalistlərə açıqlamasında danışıb. 

Onun sözlərinə görə, yeni müddətdə Donald Trampla təmaslar davam etdiriləcək: “Bunu əvvəllər olduğu kimi telefon diplomatiyası vasitəsilə edəcəyik. Məsələn, ABŞ qoşunlarının Suriyadan çıxarılması, terrorçu Kürdüstan İşçi Partiyasına (PKK) dəstəyin dayandırılması məsələlərini dəyərləndirəcəyik”.

Türkiyə lideri, həmçinin qeyd edib ki, Trampın əvvəlki prezidentliyi dövründə onunla təmaslarda problem olmayıb: “Düşünmürəm ki, bu müddətdə də problem olsun”.

Xatırladaq ki, Ərdoğan noyabrın 7-də Budapeştdə Avroya Siyasi Birliyinin sammitində iştirak edib.