Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
122383
az

Şolz Trampın qələbəsindən sonra Avropanın nə etməli olduğu haqda danışıb

15:0208 Noyabr, 2024
37
DÜNYA
  • A

Respublikaçı Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra Avropa NATO və ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidir.

 

Oxu24.com  xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolz Avropa Siyasi Birliyinin (APC) Budapeştdə keçirilən sammitində jurnalistlərlə söhbətində deyib.

“Biz təhlükəsizliyimizi təmin etmək üçün birlikdə çalışırıq... Biz Avropa İttifaqı, avropalılar olaraq təhlükəsizliyimiz üçün birlikdə nə lazımdırsa, etməliyik”, - kansler vurğulayıb.

Şolzun sözlərinə görə, təhlükəsizlik sahəsində işlər Aİ və ABŞ arasında transatlantik əməkdaşlıq çərçivəsində, eləcə də Şimali Atlantika Müqaviləsi kontekstində aparılır.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban demişdi ki, bir sıra Avropa liderləri Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbəsindən sonra Ukraynadakı münaqişənin həllinə keçmək barədə düşünməyə başlayıblar.

Orban vurğulayıb ki, Macarıstan həmişə Kiyevə silah və pul göndərilməsinin əleyhinə olub və indi “müharibədən sülhə təcili uyğunlaşma və yenidən qurmağın” vaxtı çatıb.

Bundan əvvəl Putin Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


NATO komandanı Azərbaycana gəldi - Foto
Putin Kadırovu təltif etdi
Blinken elan etmədən Türkiyədən İraqa getdi

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu