Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7694
az

Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - Sensasiyalı açıqlama

09:4206 Dekabr, 2018
853
QARABAĞ
  • A
 "Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir”.

Bu sözləri siyasi şərhçi Elman Nəsirli Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla Nikol Paşinyanın razılaşması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Publika.az-a açıqlama verən politoloq bildirib ki, adıçəkilən iki şəxs arasında ciddi münaqişə var: "David Şahnazaryan əvvəllər Respublika Partiyasının əleyhinə müxalifətdə idi. Lakin Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra o, partiya ilə yaxınlaşdı və bir az da irəli gedərək Respublika Partiyasından namizədliyini irəli sürdü. Şahnazaryan hazırda Paşinyanın ən ciddi tənqidçilərindən biri hesab edilir. Keçmiş katib Paşinyanı daha çox Dağlıq Qarabağ münaqişəsində təhlilçi mövqedə ittiham edir. Bu mövqeyə görə Paşinyan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır və ictimai fikri bu istiqamətdə formalaşdırmaq istəyir.

Dağlıq Qarabağ məsələsi Ermənistanda 9 dekabr parlament seçkilərinin ən mühüm seçkiqabağı kampaniya vəsaitidir. Nikol Paşinyan tərəfdarları ilə Qarabağ klanı bir-birini ittiham etmək üçün məhz Qarabağ kartından vasitə kimi istifadə edirlər. Hər iki tərəf çox gözəl dərk edir ki, Paşinyana məxsus partiya və onun komandası parlament seçkilərində qalib gəlsə, ona Dağlıq Qarabağdakı rejimlə haqq-hesabı çürütmək üçün münasib fürsət yaranacaq. Belə olan vəziyyətdə klanı heç də müsbət gələcək gözləmir.

Gözlənilir ki, Paşinyan qalib gəlsə, istənilən hadisə baş verə bilər. Hadisələr ən gözlənilməz ssenari üzrə inkişaf edə bilər.

Düşünürəm ki, seçkilərdən sonra Dağlıq Qarabağla bağlı məsələlərdə Nikol Paşinyanın seçkiqabağı kampaniyalarda söylədikləri fikirlərdən fərqli mövqe ortaya qoyacağı ehtimalı böyükdür. O, bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlarla yoluna qoyula bilər. Lakin seçkilərdən sonra Paşinyandan fərqli davranışlar gözləmək istisna olunmur”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni ili məşhurlarla Qarabağda qarşılamaq bu qiymətə başa gələcək
Gözəlliklər diyarına çevrilən Laçından YENİ FOTOLAR
Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat