Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanla sərhəddə daha bir İNSİDENT: gecə vaxtı Arazı keçən 4 nəfər...

2018-10/1539769831_uty.jpg

QARABAĞ

1195

17.10.2018, 13:49

Ermənistan-Türkiyə sərhədində sərhədi qanunsuz pozan 4 Türkiyə vətəndaşı saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə sərhədi qoruyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi məlumat yayıb. Məlumata görə, oktyabrın 15-dən 16-na keçən gecə Türkiyə vətəndaşı olan 4 naməlum şəxs sərhədi qanunsuz keçməyə cəhd edib. “Qanunu pozanların sözlərinə görə, onlar gecə vaxtı Araz çayını keçərək, sərhədi qısa müddətdə adlamağı planlaşdırıblar. Lakin sərhəd dəstəyinin peşəkar hərbi qulluqçuları bunun qarşısını alıb”, - deyə məlumatda deyilir. Məlumatda qeyd olunur ki, saxlanılanlar Ermənistan hüquqi-mühafizə orqanlarına təhvil verilib.