Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6178
az

Dağlıq Qarabağ erməniləri türkdür - Azərbaycanlı tarixçidən olay yaradacaq açıqlama

17:0216 Oktyabr, 2018
1052
QARABAĞ
  • A
  
Müsahibimiz Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Dr. Əziz Ələkbərlidir.

M: Əziz bəy, əvvəlcə saytımıza müsahibə verdiyinizə görə təşəkkür edirik.

İlk oncə buradan başlayaq, Qərbi Azərbaycanlılar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər. Səbəb? Tutalım, bu müraciətə müsbət cavab verildi, onda Qərbi Azərbaycanlılar nəsə əldə edəcək?


Ə.Ə: Bildiyiniz kimi, 1988-ci ildə başlanan və hələ də davam edən Qarabağ müharibəsinin tarixi kökləri xeyli dərin olsa da, bu il bu müharibənin 30-cu ili tamam olur. Müharibənin ilk mərhələsində Azərbaycan öz tarixi torpaqlarının böyük bir parçasını – Qərbi Azərbaycan adlandırdığımız, zaman-zaman itirə-itirə gəldiyimiz 29,8 min kv. km-lik böyük bir ərazini itirdi... Əslində, bu ərazi bu gün Ermənistan Respublikası kimi tanınsa da, son qarışına qədər tarixi Azərbaycan ərazisi, qədim türk torpağıdır. Burada ilk erməni dövləti – daşnak Ararat Respublikası 1918-ci ildə yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etməkdə məqsədimiz də bu tarixin – Qərbi azərbaycanlı soydaşlarımızın 1988-ci il deportasiyasının dövlət səviyyəsində qeyd olunmasıdır. Bundan əlavə, bu il həm də soydaşlarımızın həmin ərazidən 1948-1953-cü illər deportasiyasının 70-ci ildönümüdür. Biz belə hesab edirik ki, bu ildönümlərinin dövlət səviyyəsində qeyd olunması xalqımızın vaxtilə məruz qaldığı faciənin unudulmaması və yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Soruşursunuz ki, bu müraciətə müsbət cavab verildiyi halda Qərbi azərbaycanlılar nə əldə edəcək? İlk növbədə 1948 və 1988-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın, onların övladlarının tarixi yurd yerlərimizə bağlılığı artacaq, Azərbaycanın işğal altında olan ərazilərinin düşməndən azad olunması uğrunda xalqımızın mübarizə əzmi daha da yüksələcək. İndilik bu, azdırmı?

M: Qərbi Azərbaycanlılar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən kənarda təşkilatlana biliblərmi?

Ə.Ə: Qərbi Azərbaycanlılar tarixi torpaqlarından qovulduqdan sonra 1988-ci ildə Bakıda Zəngəzur Cəmiyyətini, 1989-cu ildə isə həmin cəmiyyətin bazasında Azərbaycan Qaçqınlar Cəmiyyətini yaradanda və Azərbaycanda gedən ictimai-siyasi proseslərdə fəal iştirak edəndə hələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaradılmamışdı. Əslində, Qaçqınlar Cəmiyyəti o vaxtkı Azərbaycan SSR Nazirlər Soveti sədrinin xüsusi sərəncamı ilə yaradılmış və qeydiyyata alınmışdır. Dövlət də qaçqınlarla bağlı bütün işləri Azərbaycan Qaçqınlar Cəmiyyəti vasitəsilə həyata keçirirdi. Bu Cəmiyyət bu gün də fəaliyyət göstərir və 1988-ci ildə sayı 250 min nəfər olan, indi isə sayı artıq 500 min nəfərə çatan Qərbi Azərbaycandan (indiki Ermənistandan) qovulmuş qaçqını təmsil edir. Bundan əlavə, bir məqamı yaddan çıxarmaq lazım deyil: Qərbi Azərbaycan qaçqınları siyasi cəhətdən həmişə fəal olublar, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, işğal altında olan və tarixi torpaqlarımızın azad edilməsi məsələsi gündəmə gəldiyi istənilən vaxt yenidən və qısa vaxtda təşkilatlanmaq gücünə malikdirlər.

M: Bəs Azərbaycandan kənarda Qərbi Azərbaycanlıların hər hansı bir təşkilatı varmı?
Ə.Ə: Mən bilən, Azərbaycandan kənarda belə bir təşkilat yoxdur, bəlkə buna heç ehtiyac da yoxdur. Azərbaycandan kənarda hər bir azərbaycanlının Azərbaycan naminə vahid təşkilatda birləşməsi daha məqsədəuyğundur. Məncə, indi Azərbaycandan kənarda Azərbaycan diasporunu və lobbisini gücləndirmək daha vacibdir.

M: Diaspora ilə kordinə edilmiş fəaliyyət göstərə bilirsinizmi?
Ə.Ə: Xeyr, amma elə hesab edirik ki, belə bir fəaliyyətə ehtiyac var.
M: Necə düşünürsünüz, Qərbi Azərbaycanlılar ümumtürk məsələsində nə qədər aktivdirlər?
Ə.Ə: Qərbi azərbaycanlı soydaşlarımızın siyasi cəhətdən kifayət qədər yetkin olması mübahisə mövzusu ola bilməz. Biz yüz illər boyu azərbaycanlı-türk qanına susamış bir düşmənlə iç-içə yaşamışıq. Dil içində dil, din içində din, millət içində millət yaşatmış və zərrə qədər milli kimliyimizdən, adət-ənənmizdən uzaq düşməmişik. Bu, bəlkə həm də ona görə mümkün olub ki, Qərbi Azərbaycanda yaşayanların, demək olar ki, hamısı xalis türk olublar. Sovet dönəmində SSRİ tərkibindəki Azərbaycanın Türkiyə ilə heç bir əlaqəsi olmadığı halda, biz Ermənistanda yaşayan azərbaycanlılar hamımız xüsusi vasitələrlə Türkiyə televiziya kanallarına baxmışıq, Türkiyədə gedən prosesləri izləmişik. Bu gün də Azərbaycanda türkçülük ideyasını güclü şəkildə dəstəkləyənlər içərisində başqa bölgələrimizdən olan soydaşlarımızla yanaşı, kifayət qədər Qərbi azərbaycanlı da var. Türkçülük bizim qanımızdadır.

M: 
Məlum olduğu kimi Qarabağ münaqişəsində xalq diplomatiyasiyanı israrla gündəmə gətirənlər var. Lakin bunun qəti əleyhinə olan böyük çoxluq da var. Bəs siz nə düşünürsünüz?
Ə.Ə: Bu məsələdə mənim fikrim bir qədər fərqli və fərdidir. Hamı bilir ki, bu münaqişənin iki həlli yolu var: birincisi müharibə, ikincisi sülh. Hamı kimi mən də birinci – şərəfli yolun tərəfdarıyam, lakin gəlin görək buna bizə imkan verirlərmi? Vermirlər. Deməli, müharibə yolu hələlik mümkün görünmür. Belə çıxır ki, biz bu yol mümkün olana qədər oturub gözləməliyik. Amma biz 30 ildir gözləyirik, daha 30 il oturub gözləmək o torpaqları həmişəlik itirmək deməkdir. Onda ikinci yol qalır – sülh yolu. Sülh yolu isə, hamımız bilirik ki, mümkün deyil. Niyə? Çünki erməni işğal etdiyi torpaqları heç vaxt könüllü olaraq verməyəcək. Deməli, Azərbaycan torpaqların düşməndən azad edilməsi ilə bağlı bu günə qədərki taktikasına yenidən baxmalıdır. Hamımıza bəllidir ki, yerli Qarabağ erməniləri, əslində xristian alban türkləridir və onlar 16-19-cu yüzillərdə erməniləşdiriliblər. Bunu alban mənşəli erməni alimləri də dəfələrlə etiraf ediblər. Onlar etnik və genetik cəhətdən Azərbaycan türklərinə daha yaxındırlar, nəinki ermənilərə. Deməli, buradan başlamaq lazımdır. Bu istiqamətdə tədqiqatları və təbliğatı gücləndirmək üçün Azərbaycanda və keçmiş SSRİ məkanında kifayət qədər mütəxəssis var. Bu istiqamətdə güclü elmi-ideoloji baza yaradıldıqdan sonra alban mənşəli Qarabağ erməniləri ilə bağlı xüsusi dövlət siyasəti həyata keçirilməlidir, bəlkə onların tarixi alban adlarını özlərinə qaytarmaq lazımdır – ermənidilli xristian alban türklər, bunu zaman diqtə edəcək. Amma əgər Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisi, burada yaşayanlar Azərbaycan vətəndaşıdırlarsa, Azərbaycan hökuməti onları ilk növbədə erməni təzyiqi və təsirindən aralamalı və qorumalıdır. O ki qaldı Rusiya amilinə, Rusiya bizim üçün qonşu ölkədir. Həm də qonşu olmaqdan başqa, biz iki yüz il eyni çardaq altında yaşamışıq. Doğrudur, bu gün Ermənistan-Azərbaycan gərginliyi Rusiyaya sərf edə bilər və edir, bu da ilk növbədə Rusiya dövlətinin region maraqlarından irəli gəlir. Bu məsələdə Rusiyanı da anlamaq və reallıqla hesablaşmaq lazımdır. Keçmiş SSRİ məkanında qaydaları bu gün Rusiya qoyur. Belə şəraitdə Azərbaycan Rusiya ilə münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməkdə davam etməlidir. Əslində bu gün Rusiya üçün Azərbaycan Ermənistandan daha yaxın, daha etibarlı strateji müttəfiqdir. Bundan düzgün istifadə etmək lazımdır. Millət olaraq bizi Rusiyanın Azərbaycana qarşı tarixi düşmənçilik siyasəti qorxudur, amma bunda da ifrata varmaq lazım deyil. 19-cu əsrin əvvəllərində Rusiya İranla Cənubi Qafqaz uğrunda imperiya müharibəsi aparıb və bu müharibə nəticəsində Rusiya Cənubi Qafqaz torpaqlarını işğal edib (Azərbaycanın şimal torpaqlarını da o cümlədən) və İran da Cənubi Qafqazı Rusiyaya güzəştə getməyə məcbur olub. Bu, müharibədir, necə ki, bir vaxtlar sasanilər, sonra ərəblər, monqollar, teymurilər bu yerləri işğal etmişdi, 19-cu yüzildə də ruslar işğal etdi. Hər dövlətin imperiya maraqları var. Necə ki, biz bu gün həmin işğallara görə ərəbləri, monqolları, özbəkləri ittiham etmirik, Rusiya ilə münasibətlərdə də həmin tarixi münasibətləri əsas götürməməliyik. Tarix bir çox rus-türk müharibələri tanıyır, amma Türkiyə ilə Rusiyanın bu günkü dövlət maraqları onların müttəfiq olmasını tələb edir və bu gün bu müttəfiqlik uğurla davam edir. Biz bundan nəticə çıxarmalıyıq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni ili məşhurlarla Qarabağda qarşılamaq bu qiymətə başa gələcək
Gözəlliklər diyarına çevrilən Laçından YENİ FOTOLAR
Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat