Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5935
az

Paşinyan arvadını Qarabağa NƏ ÜÇÜN GÖNDƏRDİ? - İrəvandan ŞOK GEDİŞ

12:2509 Oktyabr, 2018
1089
QARABAĞ
  • A
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan qadınları başına toplayaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlişi və təmas xəttində “sülh mesajları” verməsi ermənilər tərəfindən də birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, Ermənistan mediası ölkəni idarə edən ər-arvadı qorxaqlıqda ittiham edib.

Erməni şərhçi Romella Mnasakanyan yazır ki, Anna Hakopyanın özü ilə Qarabağa gətirdiyi qadınlar Rusiyada Putinə qarşı çıxan şəxslərdir: “Bu, demokratik prinsiplər fonunda normal görünə bilər. Lakin Paşinyanın həyat yoldaşının rusiyalı qadınlarla Qarabağda “sülh mesajları” verməsi əslində Moskvaya yarınmaq gedişidir və bu prosesi yeni hakimiyyət əvvəldən aparır”.

R.Mnasakanyan qeyd edir ki, cəbhədə daim döyüşlər gedir və rəqibin güclü ordusu erməni hərbçiləri qarşısında olduqca böyük görünür: “Lakin sadə erməni uşaqları oliqarx övladlarından fərqli olaraq postda dayanırlar. Hakopyanın təmas xəttində verdiyi mesajlarsa hakimiyyətin qorxaqlığının nümayişidir. Hərçənd, onların Rusiyaya hesablanmış gedişləri də baş tutmur. Çünki Rusiya mediası bu səfər haqqında bir cümlə də yazmadı. Bu, Moskvanın Bakıya dəstəyinin açıq nümunəsidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Erməni əsgər çavuşa atəş açdı: Bir neçə saatdan sonra… – Qarabağda
Paşinyan arvadını Qarabağa NƏ ÜÇÜN GÖNDƏRDİ? - İrəvandan ŞOK GEDİŞ
Atasının məzarına çiçək qoyan şəhid övladı - Qabilsiz 2 il

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ