“Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə fəal kömək edirdi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın dövründə həqiqətən də irəliləyişə nail olunmuşdu. Lakin Paşinyanın hakimiyyətə gəlilişi Bakı, İrəvan və Moskva arasında münaqşənin həlli ilə bağlı nail olunmuş razılaşmaları zərbə altında qoydu. İndi bu razılaşmanın bərpa olunmasına cəhdlər edilir. Razılaşmada işğal olunmuş Qarabağ ətrafındakı rayonlardan beşinin Azərbaycana qaytarılması nəzərdə tutulurdu”.
Publika.az xəbər verir ki, bu barədə Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldiyi ilk dövrdə bu razılaşmalar haqqında eşitmək belə istəmirdi, lakin vəziyyət onu reallıqlarla hesablaşmağa məcbur edir.
“İrəvan anlamağa başlayır ki, təşəbbüsün qaçırılması Moskvanın etibarını itirməsi ilə nəticələnir. Paşinyan həm də ehtiyatla İlham Əliyevlə münasibət qurmağa çalışır. Düşünürəm ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü Moskva və Bakının münaqişənin həlli ilə bağlı həyata keçirdiyi birgə işin nəticəsidir. Görünür, Paşinyan öz taktikasını dəyişmək qərarına gəlib. O anladı ki, Qarabağı danışıqlara tərəf kimi cəlb etmək tamamilə qeyri-realdır. Bu mövqeyi nə Rusiya, nə də Qərb dəstəkləməyəcək”, - deyə o bildirib.
Lakin Duqin vəziyyətə nikbin baxa bilmədiyini də diqqətə çatdırıb.
“Əgər Paşinyanın timsalında İrəvan konstruktiv danışıqlara qayıdacaqsa, beş rayonun azad edilməsi layihəsi reallaşa bilər. Paşinyanın əvvəlki bəyanatları ilə müqayisə fonunda Düşənbə görüşü böyük sıçrayışdır. Bu baxımdan hesab etmək olar ki, cəbhədə hərbi eskalasiyanın riski azalacaq. Hadisələri izləyəcəyik, bəlkə də yaxın gələcəkdə Əliyev Paşinyanın konkret danışıqları olacaq. Nə vaxtsa bu görüş olmalıdır. Hələlik buna ümid azdır”, - deyə o bildirib. Oxu24.com
ŞƏRHLƏR