Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5378
az

Ordumuz sərhəddə erməniləri darmadağın etdi, “Putin NATO-su” İrəvana...

15:4120 Sentyabr, 2018
4030
QARABAĞ
  • A
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib.

Oxu24.com  xəbər verir ki, Sidorov Ermənistan-Azərbaycan sərhədində sülhün davam edəcəyinə ümid bəslədiyini bildirib.

"Ümid edirik ki, tərəflər öz aralarında anlaşacaq və sülh təmin olunacaq. Hadisə ilə bağlı Ermənistan tərəfindən KTMT-yə heç bir müraciət edilməyib, buna görə də biz məsələyə müdaxilə etmirik”, - deyən Sidorov bununla Ermənistanın KTMT-yə bel bağlaması ümidlərini puça çıxarıb.

Qeyd edək ki, bir neçə gün öncə erməni hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır zərbə endirilib. Ermənistanda KTMT-nin məsələyə müdaxilə etməsi haqqında tələblər səsləndirilsə də, İrəvanın təşkilata müraciət etmədiyi deyilir. Ermənistan KTMT-nin üzvü olduğu üçün, nizamnaməyə görə təşkilat Qarabağ cəbhəsindən kənarda, sərhəddə baş verə biləcək toqquşmada İrəvanı müdafiə etməlidir. Lakin bu məsələnin kağız üzərində olduğu və KTMT daxilində daha çox Azərbaycana dəstək verildiyi də məlumdur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni ili məşhurlarla Qarabağda qarşılamaq bu qiymətə başa gələcək
Gözəlliklər diyarına çevrilən Laçından YENİ FOTOLAR
Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Sabiq rəisin cəzası- 2 il 6 ay artırıldı