Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
3855
13.01.2021, 23:10
Sürətli və sarsıdıcı qələbə Azərbaycana Ermənistanla münasibətdə daha qətiyyətli diplomatik mövqe ortaya qoymaq imkanı yaradıb.
Oxu24.com xəbər verir ki, ələ keçirilən ərazilərin itirilməsi xəbərlərini Ermənistan cəmiyyəti böyük həyəcanla izləyir. Ölkə saytları həmin yerlərdən reportajlar hazırlayır, ard-arda xəbərlər verir. Zəngəzurdakı əhalinin sarsıldığı müşahidə edilir. Etiraz aksiyaları keçirilir, yolları bağlayırlar... Azərbaycan tərəfi isə təhvil-təslim prosesini bütün prinsiplərə uyğun aparır.
"Tex icmasına daxil olan Xoznavar (Xəzinəvar – red.), Xnatsax (Xanazax - red.) kəndlərində 2 min hektara qədər ərazi itirmişik. Şurnuxda 11 ev düşmənə verilib. Vorotanda (Urud – red.) şəxsi torpaq sahəsi və icmanın mülkiyyəti sayılan ümumilikdə 236 hektar əldən gedib. İcraiyyə komitəsinin verdiyi ərazilərdə tikilən 18-20 bağçılıq evləri də itirilib”,- deyə ombudsman bildirib.
Azərbaycan nümayəndələri Şurnuxu kəndində Azərbaycan nümayəndələri Şurnuxu kəndində
Tatoyanın siyahısı bununla bitməyib. Ombudsman Əkərəkdə 60, Yeğvardda 160, Çakatendə 155 hektar ərazinin Azərbaycana təhvil verildiyini deyib. Tatoyanı narahat edən məsələ odur ki, siyahı getdikcə uzanır. O, Geqarkunikdə (Aşağı Qaranlıq - red.) də vəziyyətin yaxşı olmadığını deyib. Burada da bəzi ərazilərin təhvil verilməsindən söhbət gedir.
Qarabağda əməliyyatlar dayanandan, noyabrın 10-da üçtərəfli razılaşma imzalanandan sonra sərhədlərin yenidən müəyyənləşdirilməsinə başlanılıb. Bu halda Zəngəzurdakı bir çox ərazilər Azərbaycana təhvil verilməlidir. Çünki Ermənistan Qubadlı və Zəngilan rayonlarının bir hissəsini Sünik vilayəti adlanan (Zəngəzur - red.) inzibati ərazinin nəzarətinə verib.
Böyük ehtimalla rəsmi İrəvan həmin rayonların geri qaytarılacağı halda Azərbaycandan istənilən halda torpaq qopartmaq məqsədinə görə belə addım atıb. Amma Azərbaycan üçtərəfli razılaşmada bu amili nəzərdən qaçırmayıb. Buna görə Zəngəzurda bir çox kəndlər boşaldılır, ərazilər Azərbaycana qaytarılır. Bizimyol.info
15:27 / 14 Noyabr 2026
118
15:25 / 14 Noyabr 2026
22
15:07 / 14 Noyabr 2026
101
15:05 / 14 Noyabr 2026
65
14:44 / 14 Noyabr 2026
102
14:31 / 14 Noyabr 2026
80
14:24 / 14 Noyabr 2026
320
14:19 / 14 Noyabr 2026
89
14:15 / 14 Noyabr 2026
86
14:09 / 14 Noyabr 2026
215
13:50 / 14 Noyabr 2026
1824
13:48 / 14 Noyabr 2026
119
13:16 / 14 Noyabr 2026
111
13:03 / 14 Noyabr 2026
102
12:49 / 14 Noyabr 2026
128
12:25 / 14 Noyabr 2026
118
12:09 / 14 Noyabr 2026
129
11:58 / 14 Noyabr 2026
126
11:50 / 14 Noyabr 2026
110
11:39 / 14 Noyabr 2026
106
11:19 / 14 Noyabr 2026
130
11:09 / 14 Noyabr 2026
123
11:00 / 14 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.