Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
743
24.11.2020, 18:43
“Dövlət başçısı işğaldan azad olunan ərazilərə səfər etməklə tarix yazır. Füzuli və Cəbrayıldan sonra Ağdama olunan səfər xüsusilə əhəmiyyətlidir. Çünki bu rayon Qarabağın şərqdən qapısı hesab olunur. Ağdam özünün möhtəşəm tarixi ilə də məşhurdur. Rayon Birinci Qarabağ müharibəsindən başlayaraq Dağlıq Qarabağ azərbaycanlılarının, eyni zamanda o dövrdə ev-eşiklərindən didərgin salınan və oraya pənah gətirən insanların ümid yeri olub”.
Bu sözləri Oxu24.com-a danışan parlamentdə Şuşa, Ağdam, Xocalı və Xocavəndi təmsil edən deputat Elman Məmmədov deyib.
O bildirib ki, Ağdamın işğaldan azad olunmasından sonra dövlət rəhbərinin ora səfəri tarixi qələbəmizin göstəricisidir: “Cənab Prezident yolboyu şəhərin viran olmuş hissələrini göstərirdi ki, onları müdafiə edən qurumlar, ölkələr gəlib ermənilərin vəhşiliyini görsünlər. Onlar insanlığa uyğun olmayan hərəkətlər törədiblər. Prezident İlham Əliyevin birinci xanımla birgə Ağdam məscidini ziyarət etməsi, Kəbədən gətirilən “Quran”ın ora bağışlanması, ayaqqabılarını soyunub hələ təmir olunmamış, döşəmə olmayan məscidə girmələri böyük əhəmiyyət kəsb edir. Prezidentin ermənilərin bərbad vəziyyətə qoyduğu məsciddə dualar etməsi, divarları öpməsi dinimizə, mənəviyyatımıza olan hörmətin göstəricisidir. Biz eyni münasibəti Azərbaycan ərazisində olan başqa dinlərin ibadət məkanlarına da göstəririk və o cür hörmət və ehtiramla yanaşırıq”.
E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev Ağdamdan çox mühüm mesajlar verdi, iqtidar-xalq-ordu birliyini xüsusi olaraq vurğuladı: “Bu qələbənin qazanılmasında Azərbaycan əsgərinin rolunu, torpaqların azad olunmasında göstərdiyi igidliyi xüsusi qeyd etdi. Qələbəmizin beynəlxalq aləmdə nümayişi, ölkəmizin bütün dövlətlərin içərisində nüfuzunun, hörmətinin yüksəlməsini, gücünün nümayiş etdirilməsini qeyd etdi və dedi ki, bizim gücümüz olmasaydı, bunlara nail ola bilməyəcəkdik. Xalq və ordu, eyni zamanda iqtidar birliyi olmasaydı bunlar olmayacaqdı. Bu illər ərzində dövlətçiliyimizi, diplomatiyamızı, siyasətimizi, iqtisadiyyatımızı və ordumuzu bir-birindən əlaqəli olaraq, paralel şəkildə inkişaf etdirməsəydik, bütün bu uğurları qazana bilməzdik”.
Deputat vurğulayıb ki, ölkə daxilində olan sabitliyin, xalqın iqtidarın, Ali Baş Komandanın arxasında dayanmasının, ordunun mükəmməl şəkildə inkişaf etdirilməsinin qələbəmizdə rolu çoxdur: “Həmçinin, əsgərlərin ən müasir silahlarla silahlandırılmasının, zabitlərin yüksək hərbi biliyə malik olmasının, müasir texnologiyalardan məharətlə istifadə etməsinin, hərbi əməliyyatların düzgün qurulub icra edilməsinin hamısı qələbəmizi şərtləndirən səbəblərdir. Azərbaycan əsgərinin igidliyi, məharəti, cəsarəti və vətənpərvərliyi, nizam-intizama ciddi əməl etməsi bizi qələbəyə apardı. Ağdam elə bir hərbi-strateji, coğrafi regionda yerləşir ki, artıq biz Dağlıq Qarabağın həm şimal, həm də cənub hissələrindən keçən yol birləşmələrinin üzərindəyik. Abdal-Gülablıda bayrağımızın ucaldılması Xocalıda ermənilər yaşayan kəndlərin üzərində bayrağımızın dalğalanması deməkdir. Qarabağ xanlığı Şuşaya köçürülməmişdən öncə tarixi Şahbulaq qalasında yerləşib. O yüksəklikdə indi bayrağımız dalğalanır. Ora çox mühüm strateji əhəmiyyətə malikdir. Ordan biz Xocalıya, Laçına, Şuşaya və digər rayonlarımıza gedəcəyik. Ağdam bu baxımdan açar rolunu oynayır”.
17:12 / 15 Noyabr 2026
5
17:09 / 15 Noyabr 2026
20
15:50 / 15 Noyabr 2026
65
15:25 / 15 Noyabr 2026
76
15:15 / 15 Noyabr 2026
87
14:47 / 15 Noyabr 2026
147
14:34 / 15 Noyabr 2026
285
14:25 / 15 Noyabr 2026
129
14:19 / 15 Noyabr 2026
104
14:02 / 15 Noyabr 2026
416
13:27 / 15 Noyabr 2026
316
12:55 / 15 Noyabr 2026
1569
12:36 / 15 Noyabr 2026
367
12:28 / 15 Noyabr 2026
160
12:11 / 15 Noyabr 2026
141
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
141
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
140
11:07 / 15 Noyabr 2026
889
10:50 / 15 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.