Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
784
09.10.2020, 22:41
Sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin "Report"a müsahibəsi
- Bu yaxınlarda Rafael Ağayevlə birlikdə cəbhə bölgəsində oldunuz. Hətta "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovla Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov da orada idi. Maraqlıdır, səfər kimin təşəbbüsü ilə təşkil olunmuşdu?
- Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Ordumuza yardım kampaniyası var idi. Sadəcə, mən, Rafael Ağayev və Fərhad Acalov İdmançılar İctimai Birliyin adından cəbhə bölgəsinə yollanmışdıq. Həm əsgərlərlə görüşdük, həm də yaralılara baş çəkdik. Rəşad Sadıqovla Zabit Səmədov isə özləri ayrıca getmişdilər. Biz orada görüşmüşük.
- İstər maddi, istər mənəvi cəhətdən Ordumuza hansı formada dəstək verdiniz?
- Maddi dəstəyi cəbhə bölgəsinə getməmişdən öncə vermişdik. Nazirlik tərəfindən hərbçilərimizə isti geyimlər, ərzaq yardımı göndərilmişdi. Mənəvi dəstəyə gəlincə, bildirdik ki, ola bilər, indi burada azıq, amma bütün Azərbaycan idmançıları əsgərlərimizin yanındadır. Dedik ki, öz canımız, qanımızla vuruşmağa hazırıq. Sadəcə, Ali Baş Komandanın əmrini gözləyirik ki, məsləhət görərsə, bizi də Orduya cəlb etsin. Biz idman aləmində həm düşmənə, həm digər rəqiblərə qarşı mübarizə aparıb bayrağımızı qaldırırıq, əsgərlərimiz də səngərdə bunu edirlər. Onlara bildirdik ki, siz bizə idmanda kömək edə bilməzsiniz, amma biz sizinlə çiyin-çiyinə vuruşa bilərik. Daha sonra yaralı əsgərlərə baş çəkdik. Bizi görəndə çox sevindilər. Eləsi var idi ki, yerindən qalxmamalı olduğu halda durmaq istəyirdi. Təbii ki, buna imkan vermədik. Çünki onlara indi istirahət lazımdır ki, tez sağalsınlar.



10:04 / 16 Noyabr 2026
38
09:57 / 16 Noyabr 2026
62
09:47 / 16 Noyabr 2026
80
09:37 / 16 Noyabr 2026
63
09:32 / 16 Noyabr 2026
53
08:54 / 16 Noyabr 2026
96
08:45 / 16 Noyabr 2026
98
08:42 / 16 Noyabr 2026
350
08:32 / 16 Noyabr 2026
91
08:21 / 16 Noyabr 2026
100
08:01 / 16 Noyabr 2026
107
00:08 / 16 Noyabr 2026
187
23:41 / 15 Noyabr 2026
228
23:35 / 15 Noyabr 2026
359
23:32 / 15 Noyabr 2026
163
23:07 / 15 Noyabr 2026
592
22:43 / 15 Noyabr 2026
1735
22:34 / 15 Noyabr 2026
212
22:24 / 15 Noyabr 2026
175
22:05 / 15 Noyabr 2026
1364
21:57 / 15 Noyabr 2026
793
21:37 / 15 Noyabr 2026
1717
21:07 / 15 Noyabr 2026
1732
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.