Rəşadət Piriyevin nəşinin qalıqları Bərdədə dəfn olunub
22 May 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
521
09.10.2020, 19:05
Təcavüzkar Ermənistan dinc əhaliyə qarşı terror əməlləri həyata keçirib.
"Oxu24.com" xəbər verir ki, "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı düşmənin Ağcabədi rayonunun Taynaq kəndini atəşə tutması nəticəsində həlak olmuş kənd sakini 2006-cı il təvəllüdlü Fərid İsgəndərovun yaşadığı evdən reportaj hazırlayıb.
Üç bacının bir qardaşı olan 14 yaşlı Fərid kənd ərazisində yeməkxanada əmisi ilə birgə yemək yeyən zaman düşmən mərmisinə tuş gəlib. Yeməkxanaya mərminin düşməsi nəticəsində Fərid İsgəndərov dağıntılar altında qalaraq həlak olub. Fəridin ailə üzvləri bu hadisəni erməni təcavüzü, erməni terroru adlandırırlar.
"Report"un əməkdaşı ilə söhbət edən Fəridin valideynləri övladlarının bütün arzularının yarıda qaldığını söyləyiblər.
Düşməndən qorxmadıqlarını söyləyən Taynaq kənd sakinləri səngərdə dayanan əsgərlərimizə güvəndiklərini bildirdilər.
Qeyd edək ki, faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
00:16 / 23 May 2026
81
00:09 / 23 May 2026
98
00:06 / 23 May 2026
90
00:04 / 23 May 2026
50
00:00 / 23 May 2026
49
23:49 / 22 May 2026
67
23:45 / 22 May 2026
188
23:43 / 22 May 2026
122
23:38 / 22 May 2026
85
23:30 / 22 May 2026
156
23:30 / 22 May 2026
85
23:19 / 22 May 2026
92
23:18 / 22 May 2026
107
23:14 / 22 May 2026
101
23:02 / 22 May 2026
267
22:56 / 22 May 2026
76
22:56 / 22 May 2026
76
22:52 / 22 May 2026
136
22:47 / 22 May 2026
73
22:40 / 22 May 2026
202
22:34 / 22 May 2026
774
22:16 / 22 May 2026
206
22:01 / 22 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.