Qaynar xətt:

(+99450) 247 90 86

"Ermənistan sülhə hazırdır" - Paşinyan

\\\"Ermənistan sülhə hazırdır\\\" - Paşinyan

QARABAĞ

669

09.10.2020, 15:50

"Ermənistan Qarabağla bağlı sülh danışıqlarına başlamağa hazırdır".

Oxu24.com xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda keçirilən Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şuranın iclasında deyib.

O bildirib ki, münaqişənin sülh yolu ilə həll olunması prinsipinə sadiqdirlər.

"Son bir neçə gündə ATƏT-in həmsədr ölkələrinin prezidentləri və xarici işlər nazirlərinin verdiyi açıqlamalara uyğun olaraq sülh prosesini davam etdirməyə hazırıq", - deyə Paşinyan əlavə edib.