Rəşadət Piriyevin nəşinin qalıqları Bərdədə dəfn olunub
22 May 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
866
07.10.2020, 22:20
Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusuna məxsus bir çox hərbi maşınlar hərbçilərimiz tərəfindən ələ keçirilib, bu maşınların içərisində yüksək rütbəli erməni hərbçilərinə məxsus nəqliyyat vasitələri də var.
Oxu24.com "Report"a istinadən xəbər verir ki, sentyabrın 27-dən başlayan döyüşlərdə Azərbaycan Ordusu gündən-günə böyük qəhrəmanlıqlar göstərərək işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikalarını məhv edib bir çox zirehli və əhəmiyyətli nəqliyyat vasitələrini ələ keçirib.
Bu hərbi nəqliyyat vasitələrinin içərisində erməni zabitlərini daşıyan avtomobillər də var. Bu da onu göstərir ki, Ermənistan silahlı qüvvələrinin nəinki adi əsgəri, həmçinin yüksək rütbəli hərbçiləri də döyüşdən qorxaraq hərbi texnikalarını orada qoyaraq müxtəlif yollarla ərazidən qaçırlar. Bir neçə gün öncə ermənilərin idarə etdiyi bu nəqliyyat vasitələri artıq Azərbaycan Ordusunun əlindədir. Gördüyünüz bu texnika ilə döyüşməyə gələn ermənilərin bir çoxu Azərbaycan Ordusu tərəfindən məhv edilib, bir qismi isə qorxaraq arxasına baxmadan qaçıb. Hətta bəzi nəqliyyat vasitələrinin içərisində hərbi məlumatlar olan xüsusi qeydlər yazılmış sənədlər də var. Onlar qaçarkən qorxularından bu hərbi sirr sayılan sənədləri belə məhv etməyiblər.
Düşmənə məxsus rabitə maşınında isə bu cür sənədlərə daha çox rast gəlinir. Bu da Ermənistan ordusunda olan özbaşınalığı və səriştəsizliyi göstərən digər amillərdən biridir.
Qeyd edək ki, düşmən yalnız zirehli maşınlar və texnikanı yox, həmçinin xeyli sayda silah-sursatı da qoyub qaçıblar
21:47 / 22 May 2026
1
21:42 / 22 May 2026
15
21:20 / 22 May 2026
44
21:02 / 22 May 2026
18
20:55 / 22 May 2026
304
20:52 / 22 May 2026
51
20:38 / 22 May 2026
75
20:25 / 22 May 2026
92
20:23 / 22 May 2026
81
20:14 / 22 May 2026
700
20:07 / 22 May 2026
73
20:01 / 22 May 2026
75
19:49 / 22 May 2026
303
19:34 / 22 May 2026
490
19:30 / 22 May 2026
140
19:18 / 22 May 2026
236
19:09 / 22 May 2026
83
19:02 / 22 May 2026
115
18:53 / 22 May 2026
76
18:49 / 22 May 2026
598
18:32 / 22 May 2026
225
18:31 / 22 May 2026
111
18:30 / 22 May 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.