Ermənilərin artilleriya atəşinə tutduğu Tərtər əhalisi düşmənin təxribatlarına boyun əyməyəcəyini deyir.
Oxu24.com-un cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumatına görə, Tərtər rayon Hacıqərvənd kənd sakinləri heç bir halda öz dədə-baba yurdlarını, yaşayış evlərini tərk etməyəcəklərini deyirlər.
Kənd sakini Aynurə Bayramova deyir ki, 30 ildir biz bu mərmi səsləri ilə yaşayıb heç nədən qorxmamışıqsa, bundan sonra da bizi heç kim qorxuda bilməz:
“Mən bu torpaqlarda doğulmuşam, böyümüşəm. Bizim uşaqlığımız silah-mərmi səsləri ilə keçib. Özüm də müəlliməm. Düşmən bizi qorxuda bilməz. Biz başda Ali Baş Komandan olmaqla, Azərbaycan əsgərinin gücünə inanırıq. Azərbaycan xalqı prezidentin qərarlarını dəstəkləyir. Qısa zamanda qələbə bizim olacaq”.
Tərtər sakinləri gündəlik həyat tərzinə davam edir. Səbirsizliklə Azərbaycan ordusunun qələbə xəbərini gözləyir.
Oxu24.com
ŞƏRHLƏR