Azərbaycan XİN Peskova cavab verib
05 Aprel 2026, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
1450
30.12.2019, 13:11
28 dekabr 2019-cu il tarixində şəhid Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə onun anım gününə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Şura Musayev, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Mirzəyev, ictimai birliklərin rəhbərləri, məktəb direktorları, müəllimlər, valideyinlər və yuxarı sinif şagirdləri iştirak edib.
Öncə tədbir iştirakçıları tərəfindən Namiq Həmzəyevin məktəbin həyətindəki büstünün önünə gül dəstələri qoyulub. Məktəbin akt zalında keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra filmin rejissoru Nicat Cəlilov çıxış edərək, bu filmi böyük maraq və qürur hissi ilə çəkdiyini, Namiq Həmzəyevin keçdiyi döyüş yolunu və qəhrəmanlığını gənclərimizə bir örnək olaraq göstərmək istədiyini bildirərək, iştirakçıları filmə baxmağa dəvət edib.
Filmin nümayişindən sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, AQMƏVŞA İctimai Birliyinin sədr müavini Şura Musayev, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru İlqar Talıbov və 238 saylı tam orta məktəbin direktoru Xuraman Osmanova bu təhsil ocağının vətənpərvərlik ənənəsindən danışıb, filmin yaradıcı heyətinə təşəkkür edib, şəhidin anası Xətayə Həmzəyevaya belə qəhrəman oğul böyütdüyü üçün minnətdarlıqlarını bildiriblər.
Şəhidin anası Xətayə Həmzəyeva çıxışında filmin çəkilişi ilə sanki övladının yenidən dünyaya gəldiyini bildirərək, bu işdə zəhməti olan hər bir kəsə, xüsusilə filmin rejissoru və ssenari müəllifi Nicat Cəlilova və məktəbin direktoru Xuraman Osmanovaya öz minnətdarlığını bildirib.



Həmçinin oxuyun



16:47 / 12 Aprel 2026
8
16:14 / 12 Aprel 2026
543
16:05 / 12 Aprel 2026
42
16:04 / 12 Aprel 2026
41
15:11 / 12 Aprel 2026
59
14:58 / 12 Aprel 2026
434
14:54 / 12 Aprel 2026
58
14:24 / 12 Aprel 2026
74
14:21 / 12 Aprel 2026
78
13:54 / 12 Aprel 2026
1537
13:49 / 12 Aprel 2026
61
13:25 / 12 Aprel 2026
68
13:01 / 12 Aprel 2026
803
12:38 / 12 Aprel 2026
2104
12:33 / 12 Aprel 2026
77
12:18 / 12 Aprel 2026
541
12:12 / 12 Aprel 2026
69
12:00 / 12 Aprel 2026
81
11:50 / 12 Aprel 2026
71
11:30 / 12 Aprel 2026
871
11:06 / 12 Aprel 2026
83
10:59 / 12 Aprel 2026
170
10:25 / 12 Aprel 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.