Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1667
az

Ermənistan 7 rayonu qaytarır? - Qarabağ ətrafında yeni gərişmə

10:2612 May, 2018
4010
QARABAĞ
  • A
 Qarabağ münaqişəsinin həlli danışıqlar prosesi bərpa olunandan sonra Ermənistanın mövqeyindən asılı olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə erməni ekspert Ara Papyanın Kazan danışıqları zamanı erməni tərəfinin 7 rayonu verməyə razılaşdığı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistanın təklifləri sırasında hazırda müəyyən tərəqqi var:

"Belə ki, onlar əvvəllər 5 rayonun qaytarılması ilə bağlı açıqlamalarla çıxış edirdilərsə, indi bunun sayı 7-yə çatıb. Amma məsələ burasındadır ki, onlar 7 rayonun qaytarılmasının qarşılığında şərt qoyurlar. Ermənilər 7 rayonu Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olan Dağlıq Qarabağın müstəqilliyinin tanınması müqabilində guya "güzəşt” edirlər. Əlbəttə ki, Azərbaycan haqlı olaraq bu təklifdən imtina edir. Əvvəla ona görə ki, Dağlıq Qarabağın ətrafındakı rayonların işğalda saxlanıldığını həm bütün beynəlxalq qurumlar təsdiqləyib və bu barədə mötəbər qətnamələr var, həm də Ermənistan rəhbərliyi özü bir neçə dəfə bu faktı dilə gətirib. Yəni bu ərazilərin boşaldılması müzakirə mövzusu deyil və danışıqlarda Ermənistanın "ciddi güzəşti” olaraq irəli sürülə bilməz. Belə çıxır ki, Dağlıq Qarabağ da daxil olmaqla, onlar 13 rayonumuzu işğal edirlər və sonra bunun 7-sini qaytarmaqla 6 rayonu de-yure mənimsəmək fikirləri var?”

Politoloqun sözlərinə görə, müzakirə yalnız Dağlıq Qarabağın Azərbaycanın tərkibindəki statusu, məcburi köçkünlərin Dağlıq Qarabağdakı ərazilərimizə qayıtması və birgəyaşayış formulları üzərində ola bilər:

"Paşinyan isə Qarabağda çıxışı zamanı dedi ki, Dağlıq Qarabağın müqəddəratı təyin olunandan sonra burada yaşayan xalq özü seçim etməlidir: onlar ya Ermənistanla birgə, ya da müstəqil siyasi gələcək qurmalıdır. Bu, artıq ciddi və təhrikedici mövqedir. Dağlıq Qarabağın nə müstəqilliyi, nə də Ermənistana "qoşulması” müzakirə mövzusu ola bilməz. Bu barədə qəti qərar artıq indidən danışıqların perspektivini şübhə altına alır və nəticə etibarilə konflikti yenidən alovlandıra bilər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cəbrayıl şəhərinə daha 42 ailə yola salındı
Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU