Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan ordusunda İTKİ: 2 ölü, 5 yaralı

2019-08/1564812447_ermeni_ordusu.jpg

QARABAĞ

888

03.08.2019, 10:06

\"\" Ermənistanda Yerevan-Meğri avtomobil yolunun 204-cü kilometrliyində “Lexus” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-si hərbçi olmaqla 5 nəfər yaralanıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralıların kimliyi barədə məlumat gecə yayılıb. Bildirilib ki, “Lexus”dakı 3 yaşlı uşaq və Anqeqahot kəndinin adı hələlik məlum olmayan sakini ölüb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, \"VAZ 2106\"nın sürücüsü və sərnişin Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir.