Qaynar xətt:

(+99450) 247 90 86

Cəbhədə atışma: hərbçimiz yaralandı

Cəbhədə atışma: hərbçimiz yaralandı

QARABAĞ

892

31.07.2019, 21:15

\"\" Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının \"Qazax\" əlahiddə sər­həd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları da­vam edir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, bu gün saat 16:40-da döyüş mövqe­lərimiz düş­mən tərəfindən atə­şə tutul­ub. Düş­mənin atəş nöqtələri cavab atəşilə sus­durulub. Atışma zamanı dö­yüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanıb. Sər­hədçiyə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.