Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Arman Arayiki Bulğadaryan məhv edilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, müqavilə əsasında hərbi xidmət keçən Arman Bulğadaryan Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində təxribata cəhd edərkən məhv edilib.
Xatırladaq ki, dünən saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub. Oxu24.com
ŞƏRHLƏR