Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1530
az

Qarabağda geniş miqyaslı əməliyyatların başlanması ehtimalı artır -

14:5308 May, 2018
1742
QARABAĞ
  • A
 "Beynəlxalq Böhran Qrupu" münaqişə zonasında gərginliyin artacağını təxmin edir.

Oxu24.com  ordu.az-a istinadən   xəbər verir ki, "Beynəlxalq Böhran Qrupu" araşdırma təşkilatının Avropa və Mərkəzi Asiya proqramlarının direktoru Mazdalena Qron, mayın 3-dəki məqaləsində Ermənistandakı son daxili siyasi hadisələrə münasibət bildirib. Onun fikrinə görə Ermənistanın daxili qeyri-sabitliyi Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi gərginliyə töhvə verə bilər.

Ekspert 3 ssenari irəli sürür.

1. İşğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmələrin komandirləri, təxribatlara əl ataraq geniş miqyaslı hücumlara başlayacaq və 2016-cı ildə azad etdiyimiz əraziləri ələ keçirməyə cəhd edəcəklər.
2. Azərbaycan münaqişə zonasında tarixi torpaqlarını azad etməyə cəhd edə bilər.
3. Vəziyyətin nəzarətdən çıxa biləcəyi riskləri qalmaqda davam edir. Bu hadisə həm də tərəflərin niyyətlərinin səhv təsəvvür edilməsi ucbatından da baş verə bilər. 


Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin "Beynəlxalq Böhran Qrupu"nun ehtimallarını inanılmaz hesab etməyərək, Azərbaycan-Ermənistan qarşıdurmasında yeni hərbi gərginliyi istisna etməyib.


“Mən Ermənistanda baş verən hadisələrdən öncə də yazmışdım ki, Qarabağ cəbhəsində qarşıdurmanın gərginləşməsi məhz bu il ehtimal edilə bilər. Çünki amerikalılar Rusiyaya həmsərhəd bölgələrdə gərginlik yaratmaqda maraqlıdırlar. İndi isə bəli, qarşıdurmanın daha gözlənilən olduğunu yalnız təsdiqləmək olar", - deyə Xramçixin erməni mətbuatına verdiyi müsahibədə qeyd edib.

Erməni jurnalistin, "Azərbaycan Ermənistandakı daxili qeyri-sabitlikdən indiyədək nə üçün yararlanmayıb?" sualına cavab olaraq, Xramçixin bunun Azərbaycana lazım olmadığını bildirib: "Ümumiyyətlə bu Azərbaycana heç lazım da deyil. Azərbaycan hesab edir ki, öz torpaqlarını azad etmək hüququ var".

Rusiyalı hərbi ekspert Pavel Felqenhauer isə, Ermənistandakı siyasi qeyri-sabitliyin Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasında səbəb olacağına dair Mazdalena Qrononun dəyərləndirilməsi ilə razı olduğunu qeyd edib.


Erməni mətbuatına verdiyi müsahibədə Felqenhauer, hazırkı vəziyyətdə cəbhə xəttində nə baş verəcəyinin məlum olmadığını bildirib.

"Əlbəttə, qeyri-sabitlikdə heç bir yaxşı hal yoxdur. Mənə oradan da zəng edib bildiriblər ki, Ermənistanda Qarabağ qruplaşmasını İrəvan qruplaşması əvəz edəcək. Cəbhə xəttində nə baş verəcəyi isə məlum deyil. Həmçinin dedilər ki, Qarabağdakı hərbi bölmələr Ermənistana tərəf hərəkət edirlər. Ümumiyyətlə bölgədə qeyri-sabitlik yaxşı hal deyil!", - deyə o qeyd edib.

Hərbi ekspert həmin günlər Ermənistan müdafiə nazirliyinin yaydığı görüntülərin yalan olduğunu da vurğulayıb: "Hesab edirəm ki, hazırda kimsə heç bir şeyə əl atmayacaq. Cəbhə xəttində canlı qüvvə və texnikanın cəmləşdırılməsi barədə məlumatlar yalan ola bilər".

Erməni jurnalistin "Ermənistandakı daxili dəyişikliklər və məxməri inqilabın baş verməsi Dağlıq Qarabağ münaqişəsinə və onun həll prosesinə necə təsir edə bilər?" sualına rusiyalı ekspert bu şəkildə cavab verib.

"Ermənistanda yalnız yeni baş nazir yox, həm də parlament seçkiləri də keçiriləcək. Parlament seçkilərinin nəticələrinin necə olacağı məlum deyil. Bu barədə indidən proqnoz vermək mümkün deyil. Necə hakimiyyət sistemi qurulacağı, necə koalisiya olacağı və bunun necə görünəcəyi məlum deyil. Kimsə bu suallara indi dəqiq cavab verə bilməz, bundan əlavə, indi heç kim heç bir addım atmaz", - deyə Felqenhauer bildirib. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İsmayıllıda inzibati     bina     yandı