Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108642
az

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib

11:2013 May, 2024
165
QARABAĞ
  • A

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib.

Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur:

"Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".

E.Əmrullayev əlavə edib ki, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi üzərinə iş gedir: "Eyni zamanda hər bir tələbəyə kompüter verilməsi də təmin ediləcək".

Nazir qeyd edib ki, universitetə üç proqram rəhbəri qəbulu artıq bitib və bu həftə ərzində nəticələr açıqlanacaq: "Yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasov dəfn edildi - FOTO
Xankəndi və Şuşada xeyli silah-sursat aşkarlandı
Bu gündən seçki sənədlərinin təqdim edilməsinə başlanılır

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi