Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
6794
28.12.2022, 10:28
Bu gün dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.
Oxu24.com xatırladır ki, Zeynəb Xanlarovanın bu gün 86 yaşı tamam olur.
Bu münasibətlə Zeynəb xanımı təbrik edir və onun haqqında az bilinən faktları oxucuların diqqətinə çatdırıq.
1. Zeynəb Xanlarova Dağlı məhəlləsində anadan olub. Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivində çıxış edərkən münsiflər heyətinin üzvləri olan – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə alır. Dövlət Filarmoniyasında baş tutan konsertdə 1-cilik qazanır.
2. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli film çəkilib.

***
3. 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.
4. Uzun illər yeni il başlayan kimi dövlət televiziyası vasitəsi ilə ilk Zeynəb Xanlarovanın ifası verilib. O, səhnəmizə hərəkətlilik və canlılıq gətirib. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular.
***
5. Az qala bütün mahnıları hitə çevrilib dildə-ağızda dolaşırdı. Bu günün özündə də Azərbaycanda ondan məşhur sənətkar yoxdur. Zeynəb Xanlarova dünyanın ən böyük ölkəsi olan SSRİ-nin də ən tanınmış müğənnilərindən idi. Onu bütün dünyada, xüsusən SSRİ ilə dostluq münasibətində olan o zamankı sosialist ölkələrində yaxşı tanıyırdılar.
6. Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.

Həmçinin oxuyun
7. Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.
***
8. Əməkdar artist Mehriban Xanlarova xanəndənin qardaşı qızıdır. Mətbuatda tez-tez onların münasibətlərinin yaxşı olmadığı deyilsə də, Mehriban Xanlarova bu fikirlərin doğru olmadığını deyib: “Mən bibimlə iki il əvvəl yeni il konsertində görüşüb, şəkil və videolar çəkdirib, İnstagram səhifəmə yüklədim. Amma buna baxmayaraq yenə də deyirlər ki, guya bizim münasibətimiz yoxdur! Bilmirəm, başqa nə edim ki, onlar inansın ki, bizim münasibətimiz yaxşıdır? Ağzıgöyçəklər onsuz da danışırlar və danışacaqlar da. Zeynəb Xanlarova bizim nəslimizin baş tacıdır.”

9. Araşdırmaçı, yazar Dilqəm Əhmədin “Mühacirələrin dönüşü” kitabında Almas İldırımın ailə üzvlərinin bir-birini tanımasında və tapmasında Zeynəb Xanlarovanın və ansamblının yardımçı olduğu qeyd edilib.
***
10. Milli Məclis spikeri Oqtay Əsədov onu “İstiqlal” ordeni alması münasibətilə təbrik etmədiyi üçün onu sərt tənqid edib:
“Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiz? Özünü orda oturanda elə apar ki, ordan enəndə də səni saysınlar!”

9. Hal-hazırda 86 yaşı tamam olan müğənni 1996-cı ilə “Şöhrət”, 2008-ci ildə “İstiqlal”, 2016-cı ildə "Heydər Əliyev" ordeninə layiq görülüb.
Mənbə:Kulis.az

11:49 / 22 Yanvar 2026
1
11:40 / 22 Yanvar 2026
47
11:38 / 22 Yanvar 2026
15
11:29 / 22 Yanvar 2026
17
11:21 / 22 Yanvar 2026
25
11:06 / 22 Yanvar 2026
328
11:00 / 22 Yanvar 2026
81
10:54 / 22 Yanvar 2026
95
10:50 / 22 Yanvar 2026
104
10:46 / 22 Yanvar 2026
46
10:41 / 22 Yanvar 2026
64
10:30 / 22 Yanvar 2026
456
10:15 / 22 Yanvar 2026
43
10:13 / 22 Yanvar 2026
54
10:10 / 22 Yanvar 2026
40
09:49 / 22 Yanvar 2026
95
09:47 / 22 Yanvar 2026
50
09:45 / 22 Yanvar 2026
61
09:43 / 22 Yanvar 2026
59
08:54 / 22 Yanvar 2026
52
01:57 / 22 Yanvar 2026
90
01:20 / 22 Yanvar 2026
132
00:44 / 22 Yanvar 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.