Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1955
09.12.2021, 20:00
“Hazırda Ermənistan ordusunda anarxiya pik həddədir. Ermənistan qoşunlarının hamısı heç də baş nazir Nikol Paşinyana tabe deyil. Paşinyana tabe olmayan qoşun hissələrində kifayət qədər əsgərlər, iri rütbəli zabitlər, hərbçilər var. Ermənistanın keçmiş rəhbərləri Serj Sarkisyan və Robert Koçaryanın tərəfdarları olan zabitlər, hərbçilər atəşkəsi pozurlar. Çox vaxt onların atəşkəsi pozmasından heç Paşinyanın da xəbəri olmur. Heç şübhəsiz ki, bütün bunlar Ermənistan baş nazirinin zəifliyinin göstəricisidir”.
Oxu24.com xəbər verir ki, bunu Publika.az–a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərbaycan-Ermənistan sərhədində erməni hərbi birləşmələrinin son günlər silsilə xarakter alan hərbi təxribatlarına münasibət bildirərkən deyib.
Generalın sözlərinə görə, Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq üçün hər an hərbi əməliyyatlara başlaya bilər:
Həmçinin oxuyun
“Son dönəmlər Kəlbəcər istiqamətində ermənilərin təxribatlarının sayı artıb. Əgər Zəngəzur istiqamətində Ermənistan tərəfi dəhlizin açılmasını gecikdirsə, o istiqamətdə də ordumuz hərbi əməliyyatlara başlaya bilər. Bu baş verərsə, həm Naxçıvandakı Ümumqoşun Ordunun hazırlıqlı bölmələri, həm də Azərbaycanın bu biri tərəfindəki qoşun hissələri birgə əməliyyat keçirəcəklər. Əgər zərurət yaranarsa, 10 noyabr üçtərəfli bəyanatının maddələrinin yerinə yetirilməsi üçün bu baş verə bilər.
Eyni zamanda ermənilər demarkasiya və delimitasiya məsələsini həll edənə qədər atəşkəsi pozmamalıdırlar. Əks halda, onlara adekvat cavablar veriləcək. Azərbaycanla sərhəddəki erməni təxribatları ondan xəbər verir ki, Ermənistan ordusu Nikol Paşinyana tabe olmur və ya olmaq istəmir.
Erməni hərbi birləşmələrinin komandirləri kənardan göstərişlər alırlar. Onlar məsələni gərginləşdirmək istəyirlər ki, Zəngəzur dəhlizinin açılması məsələsi bir qədər də uzansın. Bundan başqa, Naxçıvan istiqamətində 1, Qazax istiqamətində işğal altında olan 7 kəndimizi də ermənilər qaytaracaqlar. Əgər qaytarmasalar, o zaman bir neçə gün də demirəm, çox qısa zamanda Azərbaycan Ordusu həmin əraziləri işğaldan azad edəcək. Həmin kəndlərin qaytarılması ordumuz üçün problem deyil”
18:05 / 05 Mart 2026
15
17:56 / 05 Mart 2026
31
17:55 / 05 Mart 2026
27
17:53 / 05 Mart 2026
41
17:50 / 05 Mart 2026
36
17:48 / 05 Mart 2026
24
17:30 / 05 Mart 2026
98
17:21 / 05 Mart 2026
87
17:08 / 05 Mart 2026
672
17:06 / 05 Mart 2026
81
17:02 / 05 Mart 2026
54
16:57 / 05 Mart 2026
66
16:50 / 05 Mart 2026
294
16:47 / 05 Mart 2026
90
16:45 / 05 Mart 2026
58
16:42 / 05 Mart 2026
202
16:34 / 05 Mart 2026
989
16:28 / 05 Mart 2026
110
16:20 / 05 Mart 2026
1178
16:16 / 05 Mart 2026
286
16:08 / 05 Mart 2026
100
16:06 / 05 Mart 2026
1623
16:04 / 05 Mart 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.