Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2834
01.05.2021, 13:42
“Hesab edirəm ki, heç yerdə, o cümlədən əvvəllər SSRİ-nin tərkibində olmuş ərazilərdə faşistlərə abidələr ucaldılmamalıdır. Rusiyalı əsgərlərin yaxınlıqda Garegin Njdenin – insanların, Sovet vətəndaşlarının qətlini təbliğ edən və bunda iştirak edən bir adamın abidəsinin olduğunu bilə-bilə mayın 9-da necə yürüş edəcəklərini anlamıram. Njde tarixdə Üçüncü Reyxin generalı kimi, yəni bütün millətlərin qətlini təbliğ edən bir faşist kimi qalıb”.
Oxu24.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna beynəlxalq münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.
Rusiya hər zaman öz öhdəliklərinə riayət edib və etməyə davam edəcək. Buna görə də düşünürəm ki, ermənilər özləri bu abidəni sökməlidirlər. Amma onlar əksinə, #BuSizinÜçünArmavirDeyil kimi aksiyalar təşkil edirlər.
Fikrimcə, Rusiya sərt bir mövqe göstərib mayın 9-dan əvvəl bu abidənin məhv edilməsini, yer üzündən silinməsini tələb etməlidir. Başqa cür ola bilməz. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir. Ermənistan sanki üzümüzə gülümsəyir, amma digər tərəfdən də bizə arxadan zərbə vurur”.
ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı son açıqlamasını şərh edən rusiyalı ekspert vurğulayıb:
“Amerika heç vaxt yardımçı olmayacaq. Amerika bölgədə xaosun olmasında maraqlıdır. Əlbəttə ki, bu ölkənin yardımı elə bundan – yəni “soyqırımı” ilə bağlı bəyanat verməklə Ermənistanın millətçi qüvvələrinə qisas almaq ümidi verməkdən ibarətdir. Amerika hər vasitə ilə dünyanın hər yerində öz təsirini qorumağa çalışır. Amma bu, onda alınmayacaq. Amerikalılar oturduqları budağı özləri kəsiblər. Türkiyə, həmçinin Azərbaycan Rusiya ilə daha da sıx əməkdaşlığa başlayacaq”.
13:45 / 12 Noyabr 2026
29
13:36 / 12 Noyabr 2026
116
13:29 / 12 Noyabr 2026
56
13:21 / 12 Noyabr 2026
68
13:20 / 12 Noyabr 2026
96
13:18 / 12 Noyabr 2026
241
13:16 / 12 Noyabr 2026
90
13:07 / 12 Noyabr 2026
271
13:04 / 12 Noyabr 2026
66
13:00 / 12 Noyabr 2026
66
12:40 / 12 Noyabr 2026
66
12:25 / 12 Noyabr 2026
101
12:05 / 12 Noyabr 2026
105
11:55 / 12 Noyabr 2026
105
11:50 / 12 Noyabr 2026
120
11:36 / 12 Noyabr 2026
95
11:35 / 12 Noyabr 2026
103
11:34 / 12 Noyabr 2026
157
11:31 / 12 Noyabr 2026
101
11:24 / 12 Noyabr 2026
527
11:21 / 12 Noyabr 2026
95
11:19 / 12 Noyabr 2026
227
11:05 / 12 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.