Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3938
29.04.2021, 09:53
ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng etdi. Vaşinqtondan Bakıya edilən bu zəng və müzakirə edilən mövzular bir neçə kontekstdə diqqət çəkir:
1. Baydenin “soyqırımı” deməsindən sonra edilən ilk zəng;
2. Minsk qrupunun gələcək faəliyyətinin müzakirəsi;
3. Əliyev Azərbaycanın Türkiyənin yanında olduğunu yenidən diqqətə çatdırır;
Blinkenin “soyqırımı” məsələsindən sonra Əliyevə zəng etməsi ABŞ-ın enerji təhlükəsizliyindən tutmuş regional təhlükəsizliyə qədər bir çox məsələdə əməkdaşlığı davam etdirməkdə maraqlı olması deməkdir. Vaşinqton ermənilərə “hədiyyə” versə də, Bakı ilə işləmək istəyir.
“Minsk qrupunun gələcək fəaliyyətinin” müzakirəsi Bakının mövqeyinə yaxındır. Azərbaycan münaqişənin bitdiyini, həmsədrlərin gələcək fəaliyyətinin hansı formatda olmasının yenidən müəyyən edilməsini və daha çox humanitar proseslərdə iştirakını deyir. Əliyev Blinkenə bu mövqeyi çatdırıb və müzakirənin müharibədən sonrakı vəziyyətlə bağlı olması da Vaşinqtonun Bakının mövqeyini qəbul etməsi kimi izah oluna bilər. Hərçənd, hər şey proseslərin inkişafından asılı olacaq.
ABŞ regionda kommunikasiyanın bərpası prosesindən kənarda qalmaq istəmir, xüsusilə Cənubi Qafqazı Çinlə mübarizə müstəvilərindən birinə çevirməyə hazırlaşan Vaşinqtonun Zəngəzur dəhlizini öz təsirinə almaq və Mərkəzi Asiyaya çıxış marşrutu olaraq istifadə etmək planının olduğu görünür. “Soyqırımı” məsələsinin əsas hədəflərindən biri bu idi.
Əliyevin “soyqırımı” ifadəsindən narahatlığını birbaşa Baydenin baş diplomatına bildirməsi və Türkiyənin yanında olduğunu diqqətə çatdırması həm də gələcək mövqeyinin ifadə edilməsidir: Bakı Ankaranın yanındadır və ABŞ regionda öncə Türkiyə ilə razılaşmalıdır.
Asif Nərimanlı
Publika.az
14:15 / 12 Noyabr 2026
62
14:04 / 12 Noyabr 2026
212
13:59 / 12 Noyabr 2026
190
13:55 / 12 Noyabr 2026
72
13:45 / 12 Noyabr 2026
139
13:36 / 12 Noyabr 2026
174
13:29 / 12 Noyabr 2026
80
13:21 / 12 Noyabr 2026
93
13:20 / 12 Noyabr 2026
124
13:18 / 12 Noyabr 2026
374
13:16 / 12 Noyabr 2026
119
13:07 / 12 Noyabr 2026
347
13:04 / 12 Noyabr 2026
78
13:00 / 12 Noyabr 2026
77
12:40 / 12 Noyabr 2026
78
12:25 / 12 Noyabr 2026
109
12:05 / 12 Noyabr 2026
115
11:55 / 12 Noyabr 2026
119
11:50 / 12 Noyabr 2026
135
11:36 / 12 Noyabr 2026
123
11:35 / 12 Noyabr 2026
118
11:34 / 12 Noyabr 2026
181
11:31 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.