Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
34708
20.04.2021, 20:41
“Vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar”.
Oxu24.com -un məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək - “Ağıllı kənd” layihəsi: “Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq.
Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar”.
Dövlət başçısı bildirib ki, bütün şəhərlərin baş planları hazırlanır:
“Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək.
Digər şəhərlərimizin də baş planları hazırlanır.
Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib”.
18:15 / 12 Noyabr 2026
7
18:07 / 12 Noyabr 2026
32
17:53 / 12 Noyabr 2026
55
17:19 / 12 Noyabr 2026
65
16:25 / 12 Noyabr 2026
82
16:21 / 12 Noyabr 2026
103
15:55 / 12 Noyabr 2026
95
15:36 / 12 Noyabr 2026
471
15:15 / 12 Noyabr 2026
165
15:12 / 12 Noyabr 2026
95
14:15 / 12 Noyabr 2026
182
14:04 / 12 Noyabr 2026
474
13:59 / 12 Noyabr 2026
373
13:55 / 12 Noyabr 2026
126
13:45 / 12 Noyabr 2026
246
13:36 / 12 Noyabr 2026
350
13:29 / 12 Noyabr 2026
145
13:21 / 12 Noyabr 2026
164
13:20 / 12 Noyabr 2026
189
13:18 / 12 Noyabr 2026
614
13:16 / 12 Noyabr 2026
189
13:07 / 12 Noyabr 2026
515
13:04 / 12 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.