Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
9281
09.01.2021, 20:20
Qarabağda antiterror əməliyyatları başladılacaq, Laçın dəhlizi nəzarətə götürüləcək.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy Azərbaycanın Qarabağdakı hərbi-siyasi strategiyası barəsində fikirlərini açıqlayıb.
Oxu24.com xəbər verir ki, O deyib ki, dekabrın 1-dən sonra Azərbaycanın Qarabağdakı addımlarını hərbi-siyasi konteksdən dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan 3 mərhələli planı həyata keçirir:
“1-ci mərhələ təxminən 1000 km-lik Azərbaycan Ermənistan sərhədini tam nəzarətə almaq və Ermənistan ordusuna tam bağlamaqdır. Bu mərhələ hazırda sürətlə davam etdirilir.
2-ci mərhələdə Rus sülhməramlısının olduğu Laçın dəhlizində nəzarəti təmin etmək. Bu çərçivədə Ermənistan sərhədinin Laçın dəhlizi hissəsində rus sülhməramlılari ilə yanaşı Azərbaycan sərhəd, gömrük və təhlükəsizlik xidmətinin fəaliyyətini təmin etmək. Hazırda bunun hərbi-siyasi bazası hazırlanır.
Prezidentin ilin yekununa dair çıxışında 3 dəfə Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə vurğu etməsi, Fransa nümayəndə heyətinin səfəri, 10 noyabrdan sonra Qarabağa Ermənistan hərbiçilərinin gəlməsi və bu prosesdə doğrudan və dolaylı rus əsgərinə vurğusu bunun ilk addımdır. Ardından diplomatik və siyasi müstəvidə rus sülhməramlıların bu istiqamətdə işlərini doğru görmədiyi sıx-sıx vurgulanacaq və dəhlizdə Azərbaycan qurumlarının olması zərurəti sadəcə hüquqi deyil, həm də hərbi-siyasi zərurət kimi önə çıxarılacaq. Bu mərhələnin önümüzdəki 2-3 ay ərzində aktuallaşacağını təxmin etmək olar.
3-cu mərhələ Qarabağdakı erməni yaraqlılarının tərkisilah edilməsi məsələsidir. Prezident artıq bir neçə dəfə bu məsələyə sərt reaksiya verib və məsələni bir terror hadisəsi kimi xarakterizə etməyə başlayıb. Önümüzdəki aylarda, təxminən fevral ayının sonundan başlayaraq Qarabağda həm ərazidə antiterror əməliyyatları, həm də konkret şəxslərə qarşı nöqtə əməliyyatları olacağını təxmin etmək olar...
Ətraflı videonu təqdim edirik:
Mənbə: Bizdən Sizə kanalı
16:20 / 14 Noyabr 2026
49
16:05 / 14 Noyabr 2026
105
15:45 / 14 Noyabr 2026
93
15:27 / 14 Noyabr 2026
240
15:25 / 14 Noyabr 2026
104
15:07 / 14 Noyabr 2026
202
15:05 / 14 Noyabr 2026
115
14:44 / 14 Noyabr 2026
151
14:31 / 14 Noyabr 2026
109
14:24 / 14 Noyabr 2026
574
14:19 / 14 Noyabr 2026
113
14:15 / 14 Noyabr 2026
104
14:09 / 14 Noyabr 2026
252
13:50 / 14 Noyabr 2026
2586
13:48 / 14 Noyabr 2026
138
13:16 / 14 Noyabr 2026
132
13:03 / 14 Noyabr 2026
113
12:49 / 14 Noyabr 2026
148
12:25 / 14 Noyabr 2026
135
12:09 / 14 Noyabr 2026
141
11:58 / 14 Noyabr 2026
140
11:50 / 14 Noyabr 2026
130
11:39 / 14 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.