Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4211
03.01.2021, 15:26
“Dünən Polad Həşimovun ad günü idi Yaşasaydı 46 yaşı tamam olacaqdı. Subyektiv fikrimdir ki, koordinatları düşmənə məlum idi”.
Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Türkiyədə təhsil alan Generalın erməni atəşinə məruz qalması ciddi məsələlərin üstünü açmalı idi. Və, belə də oldu.
“Deyilənə görə, 3 gün sonra bizim qərargah kəşfiyyat xarakterli “əməliyyat” edir. Guya kı, ordumuzun filan istiqamətə hücum edəcəyi ilə bağlı. Bu “plan”dan xəbər tutan ermənilər cəld şəkildə bizim dezinformasiyada yaydığımız hücum nöqtəsində müdafiə istehkamları qururlar. Beləliklə, məlumatın hansı yolla sızılması deşifrə olunur.
Türklərlə bizim birgə əməliyyatımız nəticəsində bir çox avadanlıqlarda qulaq asma və sair kimi alətlər aşkar edilir. Həmçinin, cəbhəyanı bölgələrdə düşmənə işləyən həkim, çoban, hətta yeniyetmə də tapılır…Xatırlayırsızsa, Tovuz hadisələrindən sonra 5 – ci kolonun bəzi nümayəndələri çox arxayın görünürdülər. Hətta, onlardan biri özündə curət taparaq siyasət haqqında dərs keçməyə də çalışırdı. Lakin, Azərbaycan dövləti xarici dövlətlərin məkrli planlarını alt – üst etdi”, – deyə politoloq bildirib.
Sentyabrın 27 – si müharibə başlayanda, Rusiya və Ermənistanın ölkədəki agenturası artıq ifşa olunmuş və oyundan kənar edilmişdi.
Əvəzində isə, əks cəbhədə kifayət qədər uğurlu kəşfiyyat gedişləri etdik. Bu tədbirlər müharibənin nəticəsini dəyişdi. Polad Həşimov şəhid oldu. Bu ölüm bəzilərinin də sonu oldu.
“Az qaldı, dar ağacı cəhənnəmə gedənləri gözləməkdədir…Dar ağacı digər satqınlar üçün dərs olmalıdır”, -deyə Zaur Məmmədov əlavə edib.
19:54 / 14 Noyabr 2026
1
19:50 / 14 Noyabr 2026
27
19:36 / 14 Noyabr 2026
527
19:15 / 14 Noyabr 2026
80
19:12 / 14 Noyabr 2026
86
19:05 / 14 Noyabr 2026
89
18:50 / 14 Noyabr 2026
84
18:43 / 14 Noyabr 2026
101
18:21 / 14 Noyabr 2026
662
18:09 / 14 Noyabr 2026
112
18:06 / 14 Noyabr 2026
480
18:03 / 14 Noyabr 2026
100
17:18 / 14 Noyabr 2026
187
17:15 / 14 Noyabr 2026
116
16:20 / 14 Noyabr 2026
126
16:05 / 14 Noyabr 2026
176
15:45 / 14 Noyabr 2026
133
15:27 / 14 Noyabr 2026
305
15:25 / 14 Noyabr 2026
149
15:07 / 14 Noyabr 2026
302
15:05 / 14 Noyabr 2026
148
14:44 / 14 Noyabr 2026
300
14:31 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.