Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
996
03.10.2020, 14:36
Tarixdə Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu sübut edən bir çox dünya miqyaslı hadisə olub.
Publika.az Türkiyə mediasına istinadən müasir tarixdə Azərbaycanın Türkiyə üçün atdığı 6 möhtəşəm addımı təqdim edir.
2014-cü ildə NATO-nun zirvə görüşünə qatılan Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında gərginlik yaranmışdı. Sarkisyanın Türkiyənin ermənilərə qarşı soyqırımı törətdiyini iddia etməsi Əliyevi hiddətləndirmişdi. O, erməni prezidentə belə cavab vermişdi: “Bu gün, təəssüf ki, Ermənistan prezidenti fürsətçilik edərək Türkiyəyə hücum edir. Türkiyə heyətinin olmadığı bir yerdə bunu etmək çox asandır. Türkiyə yoxdur, amma mən buradayam!”.
Foto - Sarkisyan’ın Türkiye’nin soykırımcı olduğunu söylemesi üzerine Aliyev tepki göstermişti. İşte Aliyev’den Tarihi Türkiye savunması: Bugün maalesef, Ermenistan Cumhurbaşkanı fırsatçılık yaparak, Türkiye’ye sadırmaktadır. Türkiye heyetinin bulunmadığı bir ortamda bunu yapmak çok kolaydır. Türkiye yok fakat ben buradayım.
2015-ci ildə ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında toplaşan bir qrup erməni Türkiyə əleyhinə şüarlar səsləndirmişdi. Türkiyə bayrağına hörmətsizlik edən ermənilər onu yerə atıb yandırmaq istəmişdi. Bunu görən Azərbaycan vətəndaşı müdaxilə edərək Türkiyə bayrağını yerdən götürmüş və ermənilərin cavabını vermişdi.
Foto - Türkler tarafından da çok sevilen bu görüntüler dostluğumuzu gözler önüne serdi.
2016-cı il – Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə üçün Almaniyadan üz çevirir. Almaniyanın qondarma erməni soyqırımı qanununu qəbul edən “dostluq ölkələri” ilə görüşməkdən imtina edən Əliyev dünyanın bu haqsızlığa cavabsız qalmayacağını demişdi: “Xocalı qətliamına səssiz qalan Avropa ikili standart həyata keçirir”.
2018-ci il - Avropa Şurası Parlament Assambleyasının iclasında Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” hərəkatı işğal faktoru adlandırılmışdı. Buna əsəbiləşən Azərbaycanın millət vəkili Səməd Seyidov ayağa qalxaraq “Türkiyənin əməliyyatı işğal deyil, iki terror təşkilatı İŞİD və PKK ilə mübarizəsidir. Bu, mənim bir millət, iki dövlət kimi verdiyim açıqlamadır” demişdi.
2018-ci il - Avropa Şurasının iclasına qatılan azərbaycanlı millət vəkili Qənirə Paşayeva Türkiyəyə qarşı səsləndirilən terror iddialarına sərt cavab vermişdi: “Avropanın Azərbaycana qarşı həyata keçirdiyi ikili standart Türkiyəyə qarşı da edilir. Türkiyə insanlıq adına mübarizə aparır. Sizi qınayıram”.
Foto - Avrupa Konseyi’ne katılan Azerbaycanlı vekil Paşayev, Türkiye’ye karşı yapılan terör eleştirmelerine çok sert çıktı. Avrupa’nın Azerbaycan’a karşı yapılan bu çifte standart Türkiye’ye karşıda yapılıyor. Türkiye insanlık adına mücadele ediyor. Sizi kınıyorum.
2020-ci il – Azərbaycanlı gənclər İdlibdəki “Bahar qalxanı” hərəkatına qatılmaq üçün Türkiyə ordusuna müraciət etmişdi. Türkiyəyə göndərilən mesajlar arasında ən çox diqqət çəkən söz isə “Şəhidlərinizə” deməyəcəyik, çünki onlar bizim də şəhidlərimizdir” ifadələri olmuşdu.
20:58 / 21 May 2026
2
20:53 / 21 May 2026
12
20:20 / 21 May 2026
12
20:10 / 21 May 2026
62
19:55 / 21 May 2026
164
19:38 / 21 May 2026
145
19:25 / 21 May 2026
102
19:00 / 21 May 2026
80
18:42 / 21 May 2026
83
18:26 / 21 May 2026
150
18:15 / 21 May 2026
97
17:59 / 21 May 2026
166
17:45 / 21 May 2026
97
17:25 / 21 May 2026
88
17:14 / 21 May 2026
80
17:07 / 21 May 2026
478
16:58 / 21 May 2026
84
16:46 / 21 May 2026
236
16:44 / 21 May 2026
79
16:42 / 21 May 2026
89
16:41 / 21 May 2026
95
16:31 / 21 May 2026
85
16:29 / 21 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.