Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2239
20.08.2020, 00:34
Azərbaycanda daha bir qadağa aradan qaldırılıb.
Avqustun 20-dən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda məhkəmələrin fəaliyyəti tam bərpa olunur.
Ali Məhkəmədən Oxu24.com-a verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilsin:
1. 2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.
2. Azərbaycan Respublikasının bütün məhkəmələrində:
2.1 Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;
2.2 Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin;
2.3 Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.
20:47 / 19 May 2026
8
20:47 / 19 May 2026
15
20:42 / 19 May 2026
24
20:38 / 19 May 2026
25
20:34 / 19 May 2026
28
20:31 / 19 May 2026
26
20:27 / 19 May 2026
39
20:24 / 19 May 2026
102
20:23 / 19 May 2026
69
20:12 / 19 May 2026
44
19:51 / 19 May 2026
64
19:35 / 19 May 2026
60
19:22 / 19 May 2026
61
19:00 / 19 May 2026
133
18:58 / 19 May 2026
87
18:48 / 19 May 2026
115
18:29 / 19 May 2026
68
18:19 / 19 May 2026
105
18:01 / 19 May 2026
84
17:50 / 19 May 2026
64
17:30 / 19 May 2026
70
17:25 / 19 May 2026
78
17:05 / 19 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.