Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1665
07.08.2020, 18:18
Hesab edirəm ki, koronavirusla mübarizə belə yüksək səviyyədə davam edərsə, yoluxma sayında azalmalar olarsa, bütün sahələrdə yumşalmalar olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov sərt karantin rejiminin hansı sahələrdə yumşalmasından danışarkən deyib. Deputat bu barədə Milli Məclisdə də məsələ qaldırıldığını bildirib:
"Uzun müddətdir ki, koronavirus dünya iqtisadiyyatını çökdürdüyü kimi Azərbaycan iqtisadiyyatına da müəyyən təsirlər göstərib. Həm də neftin qiyməti kəskin aşağı düşüb. Dövlət qiyməti hazırda 35 dollar təsdiqlənib. Ola bilər ki, neftin qiymətində müəyyən problemlər yaransın. Yəni, bir tərəfdən pandemiya, digər tərəfdən neftin qiyməti - bütün bunlar Azərbaycan iqtisadiyyatına öz təsirini göstərir. Müəyyən ümumdaxili məhsulda, neftin ixracında azalmalar olub. Ona görə də Azərbaycana daxil olan gəlirlərin müəyyən qədər azalması gözlənilir. Bu problemin qarşısı alınsın deyə dövlət büdcəsinə yenidən baxdıq, təsiqlədik. Bütün bunları nəzərə alaraq hesab edirik ki, pandemiyanın lap ağır dövründə müəyyən problemlər yaşanıb. Son iki ayda bu, bir az da ciddiləşib. Ona görə hesab edirik ki, uzun müddət insanları işsiz saxlamaq olmaz”.
Vahid Əhmədov hesab edir ki, əgər bu üzun müddət davam edərsə, dövlət büdcəsində müəyyən problemlər yaranar:
"Xüsusilə restoranlar, kafelər, xidmət sahələri, böyük mollar, o cümlədən "Sədərək”, "Binə” ticarət mərkəzləri açılmalıdır. Amma həmin yerlərdə ciddi karantin rejimi tətbiq olunmalıdır. Məsafə saxlamaq, maska taxmaq və s. bununla bağlı dövlətlərdə təcrübə var, onlar artıq həyata keçirilir. Uzun müddət insanları işsiz saxlamaq düzgün deyil. Bunu Prezident öz çıxışında da dedi. Dedi ki, artıq karantin insanları bezdirib. Hesab edirəm ki, yaxın vaxtlarda Nazirlər Kabineti yanında Operativ Qərargah belə bir qərar verəcək və yumşalma prosesi davam edəcək. Müəyyən sahələrin işləməsinə icazə veriləcək. Elə istehsal sahələri var ki, onlar işləməlidir. Onların işləməsi Azərbaycanın dövlət büdcəsinə əlavə vəsait gətirə bilər ki, biz ilin sonunda ciddi problemlərlə üzləşməyək”.
Rayonlarla Bakı arasında gediş-gəlişin açılması məsələsinə gəlincə isə Vahid Əhmədov bildirib ki, hələlik bu məsələ gündəlikdə yoxdur:
"Ola bilər ki, bu da mümkün olsun. Biz rayonlarla Bakı arasında gediş-gəlişin açılmasının tərafdarıyıq. Şənbə-bazar günlərində rayonlara gedirlər, digər tərəfdən rayonlardan kənd təsərrüfatı məhsulları şəhərə gətirilir. Amma sərhədlərin açılmasında müəyyən problemlər ola bilər. Hesab edirəm ki, koronavirusla mübarizə belə yüksək səviyyədə davam edərsə, azalmalar olarsa, bütün sahələrdə yumşalmalar olacaq”.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.