Qaynar xətt:

(+99450) 247 90 86

Oxu24.com saytı təkzib verərək Müdafiə Nazirliyindən və hərbçilərdən  üzr istəyir

Oxu24.com saytı təkzib verərək Müdafiə Nazirliyindən və hərbçilərdən  üzr istəyir

ÖZƏL BÖLÜM

3495

02.08.2020, 18:55

Oxu24.com saytında 31 iyul 2020 -ci il tarixdə Türkiyəli hərbi ekspertə istinadən yayımlanan yazının  Müdafiə Nazirliyi  tərəfindən rəsmi  şəkildə  təkzib  edildikdən sonra  sözügedən məqalə  saytdan çıxarılmışdır.

Məlumat üçün bildirək ki, qeyd olunan  yazıda  şəhid  general  Polad  Həşimovun Aprel  döyüşləri  zamanı  guya  istefa  verməsi iddia olunmuşdu.Yazıda həmçinin şəhid generalın  harada şəhid olunması  məsələsi də təhrif olunmuş  şəkildə Türkiyəli hərbi ekspert tərəfindən açıqlanmışdı.

Oxu24.com saytı  məlumatı Türkiyəli ekspertə  və "Bizdən sizə" youtube kanalına  istinadən  təqdim  etmişdi.

Qeyd edək ki, həmin youtube kanalının  oxu24.com saytı ilə  heç bir bağlılığı yoxdur.

Yuxarıda  qeyd  olunan  rəsmi  açıqlamanı  nəzərə  alaraq Oxu24.com saytının  rəhbərliyi  məlumatı təkzib  edir  və  Müdafiə Nazirliyindən,hərbçilərdən, həmçinin Şəhid  general  Polad  Həşimovun  ailə üzvlərindən  və  ictimaiyyətdən üzr istəyir.

Sayt  xatırladır ki, hər  zaman  düşmənlə  informasiya  müharibəsində fəallığı  ilə  seçilir  və  bu  yolda fəaliyyətini  davam etdirəcək.