Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1393
29.07.2020, 18:19
“Biz TƏBİB-ə yumşalmalarla bağlı təkliflər vermişik. “Evdə qal!” karantin tədbirinin ləğvi məqsədəuyğun sayılır”.
Bunu Publika.az-a açıqlamasında professor, həkim-cərrah Adil Qeybulla deyib.
Onun sözlərinə görə, bununla yanaşı karantin davranışları sərtləşdirilməlidir: “İnsanlar qapalı müəssisələrdə - mollarda, iri ticarət mərkəzlərində, metro və avtobuslarda, digər qapalı məkanlarda karantin davranışlarına mütləq əməl etməlidirlər.
Yəni əllər dezinfeksiya olunmalı, sosial məsafə gözlənilməli, maska taxmalı və eyni məkanda həmin sahədən asılı olaraq nə qədər insanın olması müəyyən edilməlidir. Bu sadalananlar ciddi şəkildə gözlənilmək şərtilə çimərliklər və sosial həyatın bütün sahələri fəaliyyət göstərməlidir”.
Professor qeyd edib ki, insanlar təəssüflər olsun ki, qaydalara əməl etmirlər və polisi görən kimi maska taxırlar, bir qədər aralaşandan sonra isə maskanı çənələrinə endirirlər: “Ona görə də ilk növbədə karantin davranışları sərt olmalıdır.
Birinci dəfə karantin davranışları yumşaldılanda bu qaydaları sərtləşdirsəydik və təlimatlar olsaydı yoluxmalar artmazdı. “Evdə qal!” karantinini uzatmaq indiki durumda yanlış olardı. Biz bu istiqamətdə iş aparmalıyıq.
Yəni “Evdə qal!” karantini ləğv olunaraq vətəndaşlar öz işinə başlamalı, bayırda karantin qaydalarına və davranışlarına ciddi əməl ediməlidir. Kim buna riayət etmirsə, o cəzalandırılmalıdır. Cərimə və inzibati həbslər də təyin oluna bilər. Çünki bir nəfər təkcə özü üçün deyil, ətraf üçün də təhlükə yaradır”.
19:32 / 17 May 2026
1
19:27 / 17 May 2026
18
19:12 / 17 May 2026
257
19:02 / 17 May 2026
44
19:00 / 17 May 2026
40
18:43 / 17 May 2026
141
18:41 / 17 May 2026
51
18:39 / 17 May 2026
53
18:37 / 17 May 2026
49
18:35 / 17 May 2026
48
17:32 / 17 May 2026
142
17:28 / 17 May 2026
63
17:27 / 17 May 2026
63
17:25 / 17 May 2026
71
17:16 / 17 May 2026
383
17:14 / 17 May 2026
61
17:11 / 17 May 2026
70
17:08 / 17 May 2026
66
17:07 / 17 May 2026
63
17:05 / 17 May 2026
72
15:14 / 17 May 2026
73
15:00 / 17 May 2026
72
14:45 / 17 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.