Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
12958
26.07.2020, 20:33
Türkiyənin tanınmış köşə yazarı Tovuz şəhidlərimizlə bağlı hansı məqamlara işarə etdi?
“Azərbaycan zabitləri Türk və rus ənənələrinə görə yetişdirilir. Şəhid olan general, polkovnik və iki polkovnik-leytenant Türkiyədə oxumuşdular. Onların hamısı “Türk dostu”, hərbçilərin və xalqın sevdiyi şəxslər idi. 2016-cı ilin aprelində Talış bölgəsində baş verən toqquşmalarda göstərdiyi qəhrəmanlığa görə bir kazarmaya general-mayor Polad Həşimovun adı verilmişdi. Bu qəhrəmana dövlət bir ev hədiyyə etmişdi. Polad Həşimov nə etdi? O evi bir şəhid ailəsinə bağışladı. Gəlin, bu komandanı sevməyin, başınıza tac etməyin, hörmətlə yanaşmayın...”
Dominant.az xəbər verir ki, bu, Türkiyənin gündəlik 300 min satış tirajı olan “Sözcü” qəzetinin köşə yazarı, hərbi mövzulardakı dərin araşdırmaların müəllifi Saygı Öztürkün 26 iyuldakı “7 hərbçini kim şəhid etdi?” başlıqlı yazısından götürülüb.
“Türk dostu” Polad Həşimovun şəhid edilməsinin onun Türkiyədəki dostlarını da məyus etdiyini qeyd edən Saygı Öztürk, şəhid edilməsindən 15 dəqiqə qabaq generalın telefonla danışdığını və onun yerinin müəyyənləşdirilməsində PUA-dan istifadə edilməsindən şübhələnildiyini açıqlayıb.
Saygı Öztürkə görə, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər 5 hərbçimizin şəhid edilməsində, daha doğrusu bu suiqəsddə Ankara Fransadan şübhələnir.
“Azərbaycanın çox sevilən bu generalının qisası qısa müddətdə alınacaqdır. Çünki əsgərlər də xalq da bunu gözləyir. Dəfn mərasimində 27 ildən bəri Azərbaycan silahlı qüvvələri baş qərargahının rəisi olan komandana “Niyə hələ də gözləyirsiniz?”- şəklində reaksiya göstərildi”- sözləriylə bitən yazıda Türkiyənin təcrübəli köşə yazarının mühüm nöqtələrə işarə etməsi ölkədə böyük marağa səbəb olub.
Yazıdan öyrənirik ki, çoxu Türkiyədə təhsil almış general və zabitlərimizin Tovuz rayonu sərhədində şəhid olmalarından sonra bu faciəli hadisəni yerində araşdırıb lazımi raportları hazırlamaq üçün Ankara da bölgəyə öz hərbi mütəxəssislərini göndərib. General Həşimov və 6 hərbçinin zireh deşən mərmilərlə şəhid edildiyi və hədəfin öncədən müəyyənləşdirildiyi aşkar olunub.
10:32 / 17 Noyabr 2026
1
10:30 / 17 Noyabr 2026
29
10:22 / 17 Noyabr 2026
35
10:17 / 17 Noyabr 2026
42
10:13 / 17 Noyabr 2026
49
10:00 / 17 Noyabr 2026
56
09:58 / 17 Noyabr 2026
96
09:54 / 17 Noyabr 2026
434
09:45 / 17 Noyabr 2026
62
09:43 / 17 Noyabr 2026
79
09:36 / 17 Noyabr 2026
70
09:33 / 17 Noyabr 2026
349
09:31 / 17 Noyabr 2026
96
09:28 / 17 Noyabr 2026
106
09:25 / 17 Noyabr 2026
83
09:11 / 17 Noyabr 2026
90
09:04 / 17 Noyabr 2026
94
08:26 / 17 Noyabr 2026
81
00:49 / 17 Noyabr 2026
170
00:34 / 17 Noyabr 2026
361
00:17 / 17 Noyabr 2026
167
23:58 / 16 Noyabr 2026
165
23:37 / 16 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.