Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
2563
14.06.2020, 09:57
“Xəzər Lənkəran”nın qurucusu və sahibi Mübariz Mənsimovun işi ilə bağlı sənədlər İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.
Bu barədə “Palmali”nin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumat verib.
"İddianamə aktı hələki məhkəmənin dəyərləndirməsi mərhələsindədir. Buna görə vəkillərlə bölüşülmür. İlk növbədə məhkəmənin iddianaməni nəzərdən keçirəcəyi gözlənilir", - deyə Fidan Quliyeva bildirib.
Türkiyənin “Anadolu” agentliyi isə xəbər yayıb ki, tanınmış azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.
İddiaya görə, İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittiham aktında müttəhim Mübariz Mənsimovun və onun əlaqədə olduğu şəxslərin fəaliyyətləri barədə araşdırma aparıldığı bildirilib.
İttihamda Mübariz Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürdüyünə dair internet vasitəsilə araşdırma aparıldığı qeyd olunub.
Araşdırma nəticəsində “Atlantic İnternational School” adlı məktəbin idarə heyəti üzvlərinin adlarının və fotoşəkillərin olduğu veb-link görüntülərində M.Mənsimovla yanaşı, təşkilat üzvü və rəhbəri, axtarışda olan Akın İpek, Harun Tokak və İhsan Kalkavanın da yer aldığı iddia olunub. İttiham aktında Mənsimovun FETÖ/PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlman Gülən ilə də əlaqələrinin olduğu ifadə edilib.
Təqsirləndirilən Mübariz Mənsimovun “silahlı terror təşkilatına üzv olmaq” səbəbilə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası istənilib. İddianamə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Təqsirləndirilən şəxslərin məhkəməsi yaxın günlərdə baş tutacaq.
“Aktual“TV isə bu informasiyaların əksini iddia edib. İnternet kanalının məlumatına görə, martın 15-də həbs olunan klub sahibinin əleyhinə heç bir fakt tapılmayıb. Həmin video ilə oxucuları tanış edirik. (sportinfo.az)
13:49 / 12 May 2026
100
13:48 / 12 May 2026
50
13:34 / 12 May 2026
45
13:11 / 12 May 2026
333
13:02 / 12 May 2026
96
12:56 / 12 May 2026
63
12:49 / 12 May 2026
342
12:47 / 12 May 2026
54
12:43 / 12 May 2026
73
12:40 / 12 May 2026
66
12:31 / 12 May 2026
202
12:25 / 12 May 2026
69
12:20 / 12 May 2026
70
12:05 / 12 May 2026
92
12:02 / 12 May 2026
150
11:54 / 12 May 2026
71
11:43 / 12 May 2026
81
11:38 / 12 May 2026
119
11:23 / 12 May 2026
1146
11:19 / 12 May 2026
69
11:11 / 12 May 2026
76
11:06 / 12 May 2026
69
11:02 / 12 May 2026
342
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.