Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
3719
13.06.2020, 10:45
iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmişlər.
Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilmiş və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətirilmişlər.
Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.
Polisin keçirdiyi əməliyyat sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Saxlanılan şəxslərdən bəzilərinin ailə üzvləri iddia edib ki, onlara qarşı zor tətbiq olunub. Daxili İşlər Nazirliyi isə bütün iddiaları təkzib edib.
Nazirliyin sözçüsü Ehsan Zahidov bildirib ki, polisin əməliyyatı qanun çərçivəsində həyata keçirilib.
Əməliyyat zamanı vətəndaşı təhqir edən polis əməkdaşı işdən çıxarılıb və vətəndaşdan üzr istənilib. Buna baxmayaraq bir neçə sakin bu günə qədər narazılığını ifadə edir.
Oxu24.com xəbər verir ki, Yasamalda keçirilən əməliyyatın yeni detalları məlum olub.
Bina sakini yerli mətbuata açıqlamasında bildirib ki, onlara əməliyyatdan bir gün əvvəl binanın Əminə adlı komendantı yaxınlaşaraq bina sakinlərini sərt şəkildə təhqir edib.
O, bina sakinlərinin şəxsiyyət vəsiqələrini tələb edib. Komendanta etiraz edənləri isə həbslə hədələyib.
Yasamaldakı əməliyyat zamanı saxlanılıb, həbs edilən Ayxan Həsənlinin bacısı Aydan Həsənli bildirib ki, Əminə adlı qadın zorla onların evinə girib. Onu və ailə üzvlərini təhqir edib. Onlar bu qanunzuqluqla bağlı 102 xidmətinə də məlumat verib.
Aydan Həsənli bildirib ki, polisə siyahını məhz komendant verib. Polis də verilən siyahı əsasında əməliyyat keçirib.
Daha ətraflı vidoenu təqdim edirik:
12:28 / 18 Noyabr 2026
1
12:20 / 18 Noyabr 2026
31
12:15 / 18 Noyabr 2026
26
12:10 / 18 Noyabr 2026
54
12:03 / 18 Noyabr 2026
60
12:03 / 18 Noyabr 2026
382
11:49 / 18 Noyabr 2026
141
11:43 / 18 Noyabr 2026
71
11:39 / 18 Noyabr 2026
83
11:35 / 18 Noyabr 2026
88
11:32 / 18 Noyabr 2026
87
11:22 / 18 Noyabr 2026
430
11:19 / 18 Noyabr 2026
109
11:15 / 18 Noyabr 2026
89
11:13 / 18 Noyabr 2026
81
11:11 / 18 Noyabr 2026
616
11:08 / 18 Noyabr 2026
94
10:21 / 18 Noyabr 2026
99
10:18 / 18 Noyabr 2026
110
10:14 / 18 Noyabr 2026
107
10:01 / 18 Noyabr 2026
100
09:11 / 18 Noyabr 2026
130
08:32 / 18 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.